Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Energetikamız dünya bazarının tarazlaşdırılmasına töhfə verməkdə davam edəcək - Putin

© Sputnik / Валерий Шарифулин / Mediabanka keçidVladimir Putin, arxiv
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 26.09.2024
Abunə olmaq
Rusiya Enerji Həftəsi sentyabrın 26-dan 28-dək Moskvada keçirilir.
BAKI, 27 sentyabr - Sputnik. Rusiya energetikası davamlı qlobal inkişaf maraqları naminə qlobal enerji bazarlarının tarazlaşdırılmasına töhfə verməyə davam edəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında deyib.

“Əminəm ki, Rusiyanın enerji sektorunun qarşısında duran strateji uzunmüddətli çağırışlar heç şübhəsiz öz həllini tapacaq. Bu o deməkdir ki, bizim enerji şirkətlərimiz, onların işçi qüvvəsi və bütövlükdə bütün sənaye uzun illər, uzun illər sabit, etibarlı işlə təmin olunacaq və Rusiyanın milli inkişaf məqsədlərinə nail olunmasına, iqtisadiyyatın təkmilləşdirilməsinə əhəmiyyətli, nəzərəçarpacaq töhfə verəcək", - Putin bildirib.

Onun sözlərinə görə, ölkənin energütika sistemi həmçinin Rusiya vətəndaşlarının həyat keyfiyyətinin yüksəldilməsi və təbii ki, davamlı qlobal inkişafın maraqları naminə dünya enerji bazarlarının tarazlaşdırılmasına töhfə verməyə davam edəcək.
Sentyabrın 26-dan 28-dək Moskvada Rusiya Enerji Həftəsi keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0