https://sputnik.az/20240926/ayna-taksi-dayanacaqlarinin-teskil-edilmesi-ile-bagli-layihe-hazirlayib-467687255.html
AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb
AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb
Sputnik Azərbaycan
Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T20:00+0400
2024-09-26T20:00+0400
2024-09-26T20:00+0400
taksi
paytaxt xəbərləri
dayanacaq
layihə
yerüstü nəqliyyat agentliyi
azərbaycan
bakı
https://cdnn1.img.sputnik.az/img/42214/26/422142691_0:0:1909:1073_1920x0_80_0_0_ccbeb818d6cbf001202f2c234ca39d93.jpg
BAKI, 26 sentyabr — Sputnik. Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda məsələyə kompleks yanaşma tətbiq edir. AYNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur. Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün dayanacaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb.Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/26/422142691_219:0:1650:1073_1920x0_80_0_0_c5177be9f11e961864095f821fb7fc23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, dayanacaq, layihə, yerüstü nəqliyyat agentliyi, azərbaycan, bakı
taksi, dayanacaq, layihə, yerüstü nəqliyyat agentliyi, azərbaycan, bakı
AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb
Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib.
BAKI, 26 sentyabr — Sputnik. Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda məsələyə kompleks yanaşma tətbiq edir.
AYNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün dayanacaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb.
Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.