https://sputnik.az/20240925/rusiya-taxil-muqavilesinin-berpasi-ucun-hec-bir-perspektiv-gormur-461890584.html
Taxıl müqaviləsinin bərpası ilə bağlı heç bir dialoq yoxdur - Kremlin təmsilçisi
Taxıl müqaviləsinin bərpası ilə bağlı heç bir dialoq yoxdur - Kremlin təmsilçisi
Sputnik Azərbaycan
Rusiya Federasiyasında bu mövzuya taxıl müqaviləsinin bir sıra müddəalarının əvvəllər icra olunmadığını nəzərə alaraq yanaşırlar. 25.09.2024, Sputnik Azərbaycan
2024-09-25T22:03+0400
2024-09-25T22:03+0400
2024-09-25T23:14+0400
taxıl
rusiya
saziş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/07/02/465760190_0:78:1500:922_1920x0_80_0_0_f3d949e4b6a2e87fb973b92e7858d5f5.jpg
BAKI, 25 sentyabr — Sputnik. Taxıl müqaviləsinin bərpası mövzusunda heç bir dialoq mövcud deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə məlumat verib. "Hazırda bu məsələ ilə bağlı heç bir dialoq yoxdur" - Kreml sözçüsü bildirib. O, taxıl müqaviləsinin bərpasını bir çox amillərdən asılı olan mürəkkəb mövzu adlandırıb. Peskovun sözlərinə görə, Rusiya Federasiyasında bu mövzuya taxıl müqaviləsinin bir sıra müddəalarının əvvəllər icra olunmadığını nəzərə alaraq yanaşırlar. Xatırladaq ki, çərşənbə günü məlum olub ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı Ankaranın taxıl sazişinin bərpası üzrə danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bəyan edib.11.01.24, 16:51Rusiya taxıl müqaviləsinin bərpası üçün heç bir perspektiv görmürRusiya Qara dəniz taxıl təşəbbüsünün bərpası üçün hələ heç bir perspektiv görmür. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko "RİA Novosti" agentliyinə müsahibəsində bildirib. "Bu ikinci hissədə "taxıl sövdələşməsi"ndə heç bir müsbət dəyişiklik yoxdur. Xüsusi vurğulamaq istərdim ki, memorandumun özü əsas razılaşmadan fərqli olaraq dayandırılmayıb. Diplomatik şöbə bu sənəd üzərində işi davam etdirir. Bu iş çətin olsa da, irəliləyir. Əsas sənədə gəlincə, bu saziş qüvvədə deyil və biz onun yenilənməsi üçün hələ heç bir perspektiv görmürük". Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tuturdu. İyulun 18-də Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-yə onun uzadılmasına etirazını bildirdikdən sonra taxıl sazişi dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarük etmək heç vaxt həyata keçirilməyib. Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını nəzərdə tutur. Əsas vəzifələr arasında "Rosselxozbank"ın SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və servis xidmətinin bərpası, Tolyatti - Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlər daxildir. Moskvanın dəfələrlə qeyd etdiyi kimi, paket sazişinin bu hissəsi həyata keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/02/465760190_84:0:1417:1000_1920x0_80_0_0_bbd811ce9992677263b493598b757dd6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, saziş, rusiya
Taxıl müqaviləsinin bərpası ilə bağlı heç bir dialoq yoxdur - Kremlin təmsilçisi
22:03 25.09.2024 (Yenilənib: 23:14 25.09.2024) Rusiya Federasiyasında bu mövzuya taxıl müqaviləsinin bir sıra müddəalarının əvvəllər icra olunmadığını nəzərə alaraq yanaşırlar.
BAKI, 25 sentyabr — Sputnik. Taxıl müqaviləsinin bərpası mövzusunda heç bir dialoq mövcud deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə məlumat verib.
"Hazırda bu məsələ ilə bağlı heç bir dialoq yoxdur" - Kreml sözçüsü bildirib.
O, taxıl müqaviləsinin bərpasını bir çox amillərdən asılı olan mürəkkəb mövzu adlandırıb. Peskovun sözlərinə görə, Rusiya Federasiyasında bu mövzuya taxıl müqaviləsinin bir sıra müddəalarının əvvəllər icra olunmadığını nəzərə alaraq yanaşırlar.
Xatırladaq ki, çərşənbə günü məlum olub ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı Ankaranın taxıl sazişinin bərpası üzrə danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
Rusiya taxıl müqaviləsinin bərpası üçün heç bir perspektiv görmür
Rusiya Qara dəniz taxıl təşəbbüsünün bərpası üçün hələ heç bir perspektiv görmür. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Taxıl müqaviləsi, xatırladığınız kimi, paket xarakterli idi. Dəniz daşımalarının təhlükəsizliyinə dair əsas saziş var idi və ona bank köçürmələri, dəniz logistikası, gəmiqayırma, sığorta, "Rosselxozbank"ın SWIFT sisteminə qoşulması ilə bağlı problemlərin həllini təmin edən razılaşma əlavə edilmişdi", - deyə Abramçenko bildirib.
"Bu ikinci hissədə "taxıl sövdələşməsi"ndə heç bir müsbət dəyişiklik yoxdur. Xüsusi vurğulamaq istərdim ki, memorandumun özü əsas razılaşmadan fərqli olaraq dayandırılmayıb. Diplomatik şöbə bu sənəd üzərində işi davam etdirir. Bu iş çətin olsa da, irəliləyir. Əsas sənədə gəlincə, bu saziş qüvvədə deyil və biz onun yenilənməsi üçün hələ heç bir perspektiv görmürük".
Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tuturdu. İyulun 18-də Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-yə onun uzadılmasına etirazını bildirdikdən sonra taxıl sazişi dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarük etmək heç vaxt həyata keçirilməyib.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını nəzərdə tutur. Əsas vəzifələr arasında "Rosselxozbank"ın SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və servis xidmətinin bərpası, Tolyatti - Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlər daxildir. Moskvanın dəfələrlə qeyd etdiyi kimi, paket sazişinin bu hissəsi həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.