Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Valentina Matviyenko Sahibə Qafarovanı təbrik edib

© Photo : Press service of the Federation Council of the Federal Assembly of the Russian FederationSahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 23.09.2024
Abunə olmaq
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Sahibə Qafarova Azərbaycan parlamentinin sədri seçilib.
BAKI, 23 sentyabr - Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Sahibə Qafarova ilə telefon danışığı zamanı onu yenidən Azərbaycan Milli Məclisinin (parlamentin) sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu barədə Rusiya parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

“Federasiya Şurasının sədri Valentina Matvienko ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Saxibə Qafarova arasında telefon danışığı olub. Federasiya Şurasının sədri Sazibə Qafarovanı yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib”, - mətbuat xidmətindən məlumat verilib.

Məlumatda həmçinin qeyd olunur ki, həmsöhbətlər Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin yeni tərkibinin “iki ölkə xalqlarının rifahı naminə Rusiya Federasiyası senatorları ilə sıx konstruktiv qarşılıqlı fəaliyyət ənənələrini davam etdirəcəyi” barədə razılığa gəliblər.
Bu gün yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0