https://sputnik.az/20240923/rusiyada-usaqsizliq-herekatini-qadagan-eden-qanun-muzakireye-cixarilacaq---deputat-467605275.html
Rusiyada uşaqsızlıq hərəkatını qadağan edən qanun müzakirəyə çıxarılacaq - Deputat
Rusiyada uşaqsızlıq hərəkatını qadağan edən qanun müzakirəyə çıxarılacaq - Deputat
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, doğum səviyyəsinin artırılması bütün hökumətin və ölkənin qarşısında duran əsas prioritetlərdən biridir. 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T21:38+0400
2024-09-23T21:38+0400
2024-09-23T21:38+0400
rusiya
rusiya
duma
uşaq
qadağan
qanun
deputat
https://cdnn1.img.sputnik.az/img/41673/36/416733615_0:21:3251:1850_1920x0_80_0_0_3144ab70462b84a0d22ed20a84e48103.jpg
BAKI, 23 sentyabr — Sputnik. Rusiya Federasiyasında "uşaqsızlıq" hərəkatını (childfree — uşaqlardan azad) qadağan edən qanun layihəsi çərşənbə axşamı Dövlət Dumasına təqdim olunacaq. Bu barədə “RİA Novosti”yə Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib.Sentyabrın 19-da Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, Rusiyada "uşaqsızlıq" hərəkatı qanuni olaraq qadağan edilməlidir və bu, Ədliyyə Nazirliyində və ekspertlər səviyyəsində müzakirə olunur, lakin dövlət məcburi doğuşu təşviq etməyəcək.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, "Uşaqsızlıq" hərəkatını qadağan etmək təklifləri fonunda doğum sayının artmasına mane olan hər şey rusiyalıların həyatından silinməlidir."Rusiyada doğum səviyyəsini artırmaq üçün lazım olan hər şey edilməlidir və buna mane olan hər şey, əlbəttə ki, bizim həyatımızda yoxa çıxmalıdır", - Kreml rəsmisi qeyd edib.Peskov onu da bildirib ki, demoqrafik problem Rusiyanın qarşısında duran əsas problemlərdən biridir, doğum səviyyəsinin artırılması əsas prioritetlərdəndir."Demoqrafik problem bizim üzləşdiyimiz əsas problemlərdən biridir və təbii ki, doğum səviyyəsinin artırılması bütün hökumətin və ölkənin qarşısında duran əsas prioritetlərdən biridir", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41673/36/416733615_338:0:3069:2048_1920x0_80_0_0_5e3c50795237c81fffab7141673a4f83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, duma, uşaq, qadağan, qanun, deputat
rusiya, duma, uşaq, qadağan, qanun, deputat
Rusiyada uşaqsızlıq hərəkatını qadağan edən qanun müzakirəyə çıxarılacaq - Deputat
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, doğum səviyyəsinin artırılması bütün hökumətin və ölkənin qarşısında duran əsas prioritetlərdən biridir.
BAKI, 23 sentyabr — Sputnik. Rusiya Federasiyasında "uşaqsızlıq" hərəkatını (childfree — uşaqlardan azad) qadağan edən qanun layihəsi çərşənbə axşamı Dövlət Dumasına təqdim olunacaq. Bu barədə “RİA Novosti”yə Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib.
“Sabah deputat yoldaşlarımla birlikdə “Uşaqsızlıq” hərəkatını qadağan edən qanun layihəsini təqdim edəcəyik. Daha dəqiq desək: uşaq dünyaya gətirməkdən imtina haqqında. Bu gün qanun layihəsi konseptual olaraq Rusiya Federasiyası hökuməti tərəfindən dəstəklənir”, - deputat bildirib.
Sentyabrın 19-da Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, Rusiyada "uşaqsızlıq" hərəkatı qanuni olaraq qadağan edilməlidir və bu, Ədliyyə Nazirliyində və ekspertlər səviyyəsində müzakirə olunur, lakin dövlət məcburi doğuşu təşviq etməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, "Uşaqsızlıq" hərəkatını qadağan etmək təklifləri fonunda doğum sayının artmasına mane olan hər şey rusiyalıların həyatından silinməlidir.
"Rusiyada doğum səviyyəsini artırmaq üçün lazım olan hər şey edilməlidir və buna mane olan hər şey, əlbəttə ki, bizim həyatımızda yoxa çıxmalıdır", - Kreml rəsmisi qeyd edib.
Peskov onu da bildirib ki, demoqrafik problem Rusiyanın qarşısında duran əsas problemlərdən biridir, doğum səviyyəsinin artırılması əsas prioritetlərdəndir.
"Demoqrafik problem bizim üzləşdiyimiz əsas problemlərdən biridir və təbii ki, doğum səviyyəsinin artırılması bütün hökumətin və ölkənin qarşısında duran əsas prioritetlərdən biridir", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.