https://sputnik.az/20240923/neft-qiymetleri-yaxin-serqde-eskalasiya-narahatligi-ile-yukselir-467578046.html
Neft qiymətləri Yaxın Şərqdə eskalasiya narahatlığı ilə yüksəlir
Neft qiymətləri Yaxın Şərqdə eskalasiya narahatlığı ilə yüksəlir
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, neft qiymətləri keçən həftə ABŞ-də uçot dərəcəsinin aşağı salınması fonunda 4%-dən çox artsa da, ən böyük neft idxalçısı Çində zəif... 23.09.2024, Sputnik Azərbaycan
2024-09-23T11:10+0400
2024-09-23T11:10+0400
2024-09-23T11:10+0400
neft
neft-qaz
brent
qasırğa
texas
azeri light markalı neft
azərbaycan
dollar
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129731_0:0:3640:2048_1920x0_80_0_0_8be4098c0b7f81b4263730266fbc029d.jpg
BAKI, 23 sentyabr — Sputnik. Yaxın Şərqdə artan münaqişənin tədarükü azalda biləcəyi və ABŞ-nin keçən həftə uçot dərəcəsini aşağı salmasının tələbi dəstəkləyəcəyi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bahalaşıb. "Brent" markalı neft 60 sent artaraq 75,09 dollar, ABŞ-nin Qərbi Texas nefti 64 sent artaraq 71,64 dollar olub. Neft qiymətləri ardıcıl ikinci həftədir ki, bahalaşır. ABŞ-də faiz dərəcəsinin endirilməsi və "Fransin" qasırğasından sonra neft qiymətləri yüksəlib. Analitiklərin fikrincə, neft qiymətləri keçən həftə ABŞ-də uçot dərəcəsinin aşağı salınması fonunda 4%-dən çox artsa da, ən böyük neft idxalçısı Çində zəif tələb əhval-ruhiyyəsi yüksəlişi məhdudlaşdırır. Sentyabrın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib. FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib. Bu da iqtisadçıların proqnozuna uyğundur. Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır. Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan nefti 34 sent azalaraq 77,86 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129731_455:0:3186:2048_1920x0_80_0_0_aafec2df237db6dbcc4b71387cc0459d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, brent, qasırğa, texas, azeri light markalı neft, azərbaycan, dollar, abş
neft, brent, qasırğa, texas, azeri light markalı neft, azərbaycan, dollar, abş
Neft qiymətləri Yaxın Şərqdə eskalasiya narahatlığı ilə yüksəlir
Analitiklərin fikrincə, neft qiymətləri keçən həftə ABŞ-də uçot dərəcəsinin aşağı salınması fonunda 4%-dən çox artsa da, ən böyük neft idxalçısı Çində zəif tələb əhval-ruhiyyəsi yüksəlişi məhdudlaşdırır.
BAKI, 23 sentyabr — Sputnik. Yaxın Şərqdə artan münaqişənin tədarükü azalda biləcəyi və ABŞ-nin keçən həftə uçot dərəcəsini aşağı salmasının tələbi dəstəkləyəcəyi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bahalaşıb.
"Brent" markalı neft 60 sent artaraq 75,09 dollar, ABŞ-nin Qərbi Texas nefti 64 sent artaraq 71,64 dollar olub. Neft qiymətləri ardıcıl ikinci həftədir ki, bahalaşır. ABŞ-də faiz dərəcəsinin endirilməsi və "Fransin" qasırğasından sonra neft qiymətləri yüksəlib.
Analitiklərin fikrincə, neft qiymətləri keçən həftə ABŞ-də uçot dərəcəsinin aşağı salınması fonunda 4%-dən çox artsa da, ən böyük neft idxalçısı Çində zəif tələb əhval-ruhiyyəsi yüksəlişi məhdudlaşdırır.
Sentyabrın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib. FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib. Bu da iqtisadçıların proqnozuna uyğundur. Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan nefti 34 sent azalaraq 77,86 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.