Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün şərtini açıqlayıb

© iStock.com / Diy13Флаг России и Украины
Флаг России и Украины - Sputnik Azərbaycan, 1920, 22.09.2024
Abunə olmaq
Açıqlamanın mətni Rusiya XİN-nin rəsmi saytında yerləşdirilib.
BAKI, 22 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın maraqlarını nəzərə almadan Ukrayna böhranını həll etmək mümkün deyil.
“Report” xəbər verir ki, onun açıqlamasının mətni Rusiya XİN-nin rəsmi saytında yerləşdirilib.
Zaxarova bildirib ki, Rusiya Ukrayna Prezidenti Volodmir Zelenskinin təklif etdiyi “sülh sammitində” iştirak etməyəcək. Onun sözlərinə görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur:
“Eyni zamanda, Rusiya böhranı siyasi və diplomatik kanallarla həll etməkdən imtina etmir, mövcud vəziyyəti, geosiyasi reallıqları və Rusiya Prezidenti Vladimir Putin tərəfindən formalaşdırılmış təşəbbüsü nəzərə alan ciddi təklifləri müzakirə etməyə hazırdır”.
Xəbər lenti
0