Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

“Leopard” tankları Kursk bölgəsində qalan əcdadlarının "sümükləri" üzərində alovlanırlar

© AFP 2024 / WOJTEK RADWANSKILeopard 2 немецкий основной танк
Leopard 2 немецкий основной танк - Sputnik Azərbaycan, 1920, 21.09.2024
Abunə olmaq
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd rayonuna göndərilmiş “Leopard” tanklarının da olduğu alman zirehli texnikasının kolonnasını məhv edib.
BAKI, 21 sentyabr - Sputnik. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində yerləşdirdiyi Qərb texnikasını, o cümlədən alman “Leopard” tanklarını effektiv şəkildə məhv edir.
Bunu hərbi müxbir Aleksandr Kots özünün “Telegram” kanalında bildirib.
"Alman "pişikləri" Kursk bölgəsində qalan "əcdadlarının" sümüklərinə birbaşa hücum etməyə çalışırlar. Sırski Kursk bölgəsinə "Leopardlar" atır .... Çox təsiredici görünür - obyektiv nəzarət görüntülərində NATO-nun bütün avadanlıqları yanır” - o yazıb.
Xatırladaq ki, ötən çərşənbə günü məlum olmuşdu ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd rayonuna göndərilmiş “Leopard” tanklarının da olduğu alman zirehli texnikasının kolonnasını məhv edib.
Daha sonra Kursk vilayətində İsveç “Leopard” tankının məhv edilməsini əks etdirən kadrlar dərc olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0