https://sputnik.az/20240921/lavrov-rusiyanin-kiyevin-sahibleri-ucun-ciddi-neticelere-sebeb-olacaq-silahlari-var-467555681.html
Lavrov: “Rusiya nüvə müharibəsi istəmir”
Lavrov: “Rusiya nüvə müharibəsi istəmir”
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiyanın silahları var və onlardan istifadə edilməsi “Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq”. 21.09.2024, Sputnik Azərbaycan
2024-09-21T20:05+0400
2024-09-21T20:05+0400
2024-09-21T15:49+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey lavrov
kiyev
rusiya
silah
nüvə
sahib
döyüş hazırlığı
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037380_0:173:3026:1875_1920x0_80_0_0_3eef746ce6924325cf9fdd7225fd16c0.jpg
BAKI, 21 sentyabr - Sputnik. Rusiya nüvə müharibəsi istəmir və “qırmızı düymə”nin nə vaxt basılacağı ilə bağlı danışıqları yersiz hesab edir.Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.O, Rusiya Federasiyasının qırmızı xətlərdən danışarkən bu bəyanatların qərarlar qəbul edən insanlar tərəfindən eşidiləcəyinə ümid etdiyini izah edib.Onun fikrincə, qərar qəbul edənlər Rusiya tərəfinin nədən danışdığını başa düşür və heç kim nüvə müharibəsi istəmir. Eyni zamanda, XİN rəhbərinin qeyd etdiyi kimi, Rusiyanın silahları var və onlardan istifadə edilməsi “Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq”. O, bu silahların tam döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayıb.Daha əvvəl “Politico” analitikləri bildirmişdilər ki, Ukraynanın Qərb tərəfdaşları Rusiya Federasiyası ilə nüvə eskalasiyasından qorxduqlarını açıq şəkildə etiraf etməlidirlər.20.09.24, 22:49Lavrov: Rusiyanın Kiyevin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahları varMoskvanın hazır vəziyyətdə olan və Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahları var. RİA Novosti xəbər verir ki, bunu Sky News Arabia telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.Nazir əlavə edib ki, Moskva “qırmızı xətlər”dən danışaraq, bu bəyanatların “ağıllı, qərar verən insanlar” tərəfindən eşidiləcəyini gözləyir.Nazir qeyd edib ki, bir neçə aydır müzakirələr gedir ki, Rusiya sadəcə “hədələyir” və Qərbin hər dəfə keçdiyi “qırmızı xətlər”dən danışır, ondan sonra heç nə baş vermir.Eyni zamanda, Lavrov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər Kiyevin Rusiya Federasiyasına uzaqmənzilli silahlardan atəş açmasına icazə verilməsinin NATO-nun Rusiya Federasiyasına qarşı müharibəsi demək olacağını bəyan edib. Rusiyanın nəzəri olaraq nüvə silahından istifadə edə biləcəyi ssenarilər RF hərbi doktrinasında və “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”nda öz əksini tapıb.Sənədlərə görə, bu, Rusiyaya və ya onun müttəfiqlərinə kütləvi qırğın silahlarından istifadə etməklə və ya adi silahlardan istifadə etməklə təcavüz edildikdə, dövlətin özünün mövcudluğuna təhlükə yarandıqda mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037380_148:0:2879:2048_1920x0_80_0_0_3be7b2041f2b0f121c04253ba980e9f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, kiyev, rusiya, silah, nüvə, sahib, döyüş hazırlığı
sergey lavrov, kiyev, rusiya, silah, nüvə, sahib, döyüş hazırlığı
Lavrov: “Rusiya nüvə müharibəsi istəmir”
Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiyanın silahları var və onlardan istifadə edilməsi “Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq”.
BAKI, 21 sentyabr - Sputnik. Rusiya nüvə müharibəsi istəmir və “qırmızı düymə”nin nə vaxt basılacağı ilə bağlı danışıqları yersiz hesab edir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.
O, Rusiya Federasiyasının qırmızı xətlərdən danışarkən bu bəyanatların qərarlar qəbul edən insanlar tərəfindən eşidiləcəyinə ümid etdiyini izah edib.
Onun fikrincə, qərar qəbul edənlər Rusiya tərəfinin nədən danışdığını başa düşür və heç kim nüvə müharibəsi istəmir. Eyni zamanda, XİN rəhbərinin qeyd etdiyi kimi, Rusiyanın silahları var və onlardan istifadə edilməsi “Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq”. O, bu silahların tam döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayıb.
Daha əvvəl “Politico” analitikləri bildirmişdilər ki, Ukraynanın Qərb tərəfdaşları Rusiya Federasiyası ilə nüvə eskalasiyasından qorxduqlarını açıq şəkildə etiraf etməlidirlər.
Lavrov: Rusiyanın Kiyevin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahları var
Moskvanın hazır vəziyyətdə olan və Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahları var. RİA Novosti xəbər verir ki, bunu Sky News Arabia telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Mən sizi əmin edirəm ki, bizim Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahlarımız var. Bu silahlar mövcuddur. Onlar tam döyüş hazırlığı vəziyyətindədirlər”, - Lavrov bildirib.
Nazir əlavə edib ki, Moskva “qırmızı xətlər”dən danışaraq, bu bəyanatların “ağıllı, qərar verən insanlar” tərəfindən eşidiləcəyini gözləyir.
“Sabah sizdən tələb etdiyimizi etməsəniz, “qırmızı düymə”yə basacağıq demək ciddi söhbət deyil. Əminəm ki, belə situasiyalarda qərar verənlərin nədən danışdığımız barədə təsəvvürü olur. Heç kim nüvə müharibəsi istəmir. Bu dəfələrlə deyilib”, - Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, bir neçə aydır müzakirələr gedir ki, Rusiya sadəcə “hədələyir” və Qərbin hər dəfə keçdiyi “qırmızı xətlər”dən danışır, ondan sonra heç nə baş vermir.
Eyni zamanda, Lavrov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər Kiyevin Rusiya Federasiyasına uzaqmənzilli silahlardan atəş açmasına icazə verilməsinin NATO-nun Rusiya Federasiyasına qarşı müharibəsi demək olacağını bəyan edib.
“Ən azı Vaşinqtonda bunu (Putinin xəbərdarlıqlarını - red.) anlayan bəzi ağlabatan insanlar var. İndi NATO Rusiyaya qarşı müharibə aparır. Amma bu, ukraynalıların əli ilə hibrid müharibədir. Əgər uzaqmənzilli raket silahlarından danışırıqsa, o zaman hamı başa düşür ki, ukraynalıların özləri onlardan istifadə edə bilməyəcəklər. Hədəflər, peyklərdən alınan məlumatlar, uçuş missiyaları - bütün bunları ancaq bu silahları istehsal edən ölkənin mütəxəssisləri edə bilər”, - nazir fikrini yekunlaşdırıb.
Rusiyanın nəzəri olaraq nüvə silahından istifadə edə biləcəyi ssenarilər RF hərbi doktrinasında və “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”nda öz əksini tapıb.
Sənədlərə görə, bu, Rusiyaya və ya onun müttəfiqlərinə kütləvi qırğın silahlarından istifadə etməklə və ya adi silahlardan istifadə etməklə təcavüz edildikdə, dövlətin özünün mövcudluğuna təhlükə yarandıqda mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.