Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zaxarova: USQ çoxdan nasist ordusuna çevrilib

© AP Photo / LIBKOSUSQ
USQ  - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Rusiya XİN-in rəsmi nümayəndəsi ABŞ Müdafiə Nazirliyinin hesabatı ilə bağlı fikirlərini bildirib.
BAKI, 20 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) çoxdan nasist ordusuna çevrilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin hesabatını şərh edərkən deyib.
ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin məxfi hesabatına görə, hərbi idarə insan hüquqlarını kobud şəkildə poza biləcək Ukrayna Silahlı Qüvvələrinin bölməsinə təlim keçib.

"Əgər Pentaqon bunu etiraf edərsə, onda Pentaqon təlimatçılarının və ya köməkçilərinin həqiqətən nə etdiklərini təsəvvür edə bilərsiniz. Bu hesabatı niyə gözləmək lazım idi, bəlli deyil, çünki Ukraynada insan hüquqlarının pozulmasından yalnız ağılsız insanın xəbəri yoxdur", - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Zaxarova qeyd edib ki, hesabatda hansı bölmədən bəhs olunduğu deyilmir.
"Bu artıq elə də önəmli deyil, Ukrayna Silahlı Qüvvələri çoxdan mülki insanlara qarşı iyrənc cinayətlər törədən nasist ordusuna çevrilib", - diplomat əlavə edib.
Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, USQ yaraqlılarının nasist simvolikaları və şüarları Qərb mediasında və çoxsaylı videolarda sənədləşdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0