https://sputnik.az/20240921/neft-qiymetleri-ucuzlasib---ne-bas-verir-467519179.html
Dünyanın neft bazarında təlatüm: Azərbaycanın "qara qızıl"ı yenə ucuzlaşdı
Dünyanın neft bazarında təlatüm: Azərbaycanın "qara qızıl"ı yenə ucuzlaşdı
Sputnik Azərbaycan
Azərbaycan neftinin qiyməti builki dövlət büdcəsində nəzərdə tutulan qiymətə yaxınlaşmaq üzrədir. 21.09.2024, Sputnik Azərbaycan
2024-09-21T12:09+0400
2024-09-21T12:09+0400
2024-09-21T10:36+0400
neft
neft-qaz
azeri light markalı neft
brent
qiymət
birja
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129731_0:0:3640:2048_1920x0_80_0_0_8be4098c0b7f81b4263730266fbc029d.jpg
BAKI, 21 sentyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,44 % azalaraq 77,86 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.20.09.24, 11:21Neft qiymətləri ucuzlaşıb - Nə baş verir?Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. ABŞ Mərkəzi Bankı faiz dərəcələrini azaldandan sonra dünən qiymətlər 1%-dən çox artıb. Lakin bu gün qiymətlər aşağı düşüb. Faiz dərəcələrinin azaldılması adətən iqtisadi aktivliyi və enerji tələbini artırır, lakin bəziləri bunu ABŞ-nin əmək bazarının zəif olmasının əlaməti kimi də görür. Bu gün 26 sent və ya 0,4% ucuzlaşaraq 73,62 dollara satılan "Brent" markalı neft bu həftə 4,3% dəyər qazanıb. 15 sent və ya 0,2% azalaraq 71,80 dollar olan ABŞ-nin Qərbi Texas (WTI) nefti həftəlik 4,8% dəyər qazanıb. Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycanın neftinin qiyməti isə artıb. Azərbaycan neftinin qiyməti 1,6% və ya 1,23 dollar artaraq 78,20 dollar olub. Çinin yavaşlayan iqtisadiyyatı qiymətlərə təsir edib. Çinin sənaye istehsalının artımı keçən ay beş ayın ən aşağı səviyyəsinə enib. Bu da qiymətlərə aşağı yönlü təsir göstərir. Sentyabrın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib. FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib. Bu da iqtisadçıların proqnozuna uyğundur. Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129731_455:0:3186:2048_1920x0_80_0_0_aafec2df237db6dbcc4b71387cc0459d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft, brent, qiymət, birja
neft, azeri light markalı neft, brent, qiymət, birja
Dünyanın neft bazarında təlatüm: Azərbaycanın "qara qızıl"ı yenə ucuzlaşdı
Azərbaycan neftinin qiyməti builki dövlət büdcəsində nəzərdə tutulan qiymətə yaxınlaşmaq üzrədir.
BAKI, 21 sentyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,44 % azalaraq 77,86 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Neft qiymətləri ucuzlaşıb - Nə baş verir?
Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. ABŞ Mərkəzi Bankı faiz dərəcələrini azaldandan sonra dünən qiymətlər 1%-dən çox artıb. Lakin bu gün qiymətlər aşağı düşüb. Faiz dərəcələrinin azaldılması adətən iqtisadi aktivliyi və enerji tələbini artırır, lakin bəziləri bunu ABŞ-nin əmək bazarının zəif olmasının əlaməti kimi də görür.
Bu gün 26 sent və ya 0,4% ucuzlaşaraq 73,62 dollara satılan "Brent" markalı neft bu həftə 4,3% dəyər qazanıb. 15 sent və ya 0,2% azalaraq 71,80 dollar olan ABŞ-nin Qərbi Texas (WTI) nefti həftəlik 4,8% dəyər qazanıb.
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycanın neftinin qiyməti isə artıb. Azərbaycan neftinin qiyməti 1,6% və ya 1,23 dollar artaraq 78,20 dollar olub.
Çinin yavaşlayan iqtisadiyyatı qiymətlərə təsir edib. Çinin sənaye istehsalının artımı keçən ay beş ayın ən aşağı səviyyəsinə enib. Bu da qiymətlərə aşağı yönlü təsir göstərir.
Sentyabrın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib. FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib. Bu da iqtisadçıların proqnozuna uyğundur. Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.