Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Şimal axını terroru ilə bağlı təhqiqatı başa çatdırmaq niyyətindədir - Rusiya XİN

© Photo : Danish DefenceŞimal axını
Şimal axını - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi deyib ki, biz həqiqətin ictimaiyyətə çatdırılmasını təmin etmək üçün çoxtərəfli formatlar da daxil olmaqla, hər cür səy göstərəcəyik.
BAKI, 20 sentyabr — Sputnik. Rusiya Şimal axınında törədilən terror aktları ilə bağlı təhqiqatı başa çatdırmaq niyyətindədir və həqiqətin ictimaiyyətə çatdırılması üçün bütün səylərini göstərəcək. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

"Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəklərində, ABŞ və onun NATO müttəfiqləri çoxdan heç nə ilə kifayətlənmir: istənilən vasitə, üsul və miqyasda Rusiya açıq şəkildə terrora əl atır. Ruisya 2022-ci ilin sentyabrında Şimal axınında terror aktlarının təhqiqatını başa çatdırmaq niyyətindədir. Biz həqiqətin ictimaiyyətə çatdırılmasını təmin etmək üçün çoxtərəfli formatlar da daxil olmaqla, hər cür səy göstərəcəyik", - Zaxarova brifinqdə bildirib.

Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər.
"Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0