Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov: Rusiyanın Kiyevin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahları var

© Sputnik / Алексей ФилипповSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sky News Arabia telekanalına müsahibə verib.
BAKI, 20 sentyabr - Sputnik. Moskvanın hazır vəziyyətdə olan və Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahları var. RİA Novosti xəbər verir ki, bunu Sky News Arabia telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Mən sizi əmin edirəm ki, bizim Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahlarımız var. Bu silahlar mövcuddur. Onlar tam döyüş hazırlığı vəziyyətindədirlər”, - Lavrov bildirib.

Nazir əlavə edib ki, Moskva “qırmızı xətlər”dən danışaraq, bu bəyanatların “ağıllı, qərar verən insanlar” tərəfindən eşidiləcəyini gözləyir.

“Sabah sizdən tələb etdiyimizi etməsəniz, “qırmızı düymə”yə basacağıq demək ciddi söhbət deyil. Əminəm ki, belə situasiyalarda qərar verənlərin nədən danışdığımız barədə təsəvvürü olur. Heç kim nüvə müharibəsi istəmir. Bu dəfələrlə deyilib”, - Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Nazir qeyd edib ki, bir neçə aydır müzakirələr gedir ki, Rusiya sadəcə “hədələyir” və Qərbin hər dəfə keçdiyi “qırmızı xətlər”dən danışır, ondan sonra heç nə baş vermir.
Eyni zamanda, Lavrov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər Kiyevin Rusiya Federasiyasına uzaqmənzilli silahlardan atəş açmasına icazə verilməsinin NATO-nun Rusiya Federasiyasına qarşı müharibəsi demək olacağını bəyan edib.

“Ən azı Vaşinqtonda bunu (Putinin xəbərdarlıqlarını - red.) anlayan bəzi ağlabatan insanlar var. İndi NATO Rusiyaya qarşı müharibə aparır. Amma bu, ukraynalıların əli ilə hibrid müharibədir. Əgər uzaqmənzilli raket silahlarından danışırıqsa, o zaman hamı başa düşür ki, ukraynalıların özləri onlardan istifadə edə bilməyəcəklər. Hədəflər, peyklərdən alınan məlumatlar, uçuş missiyaları - bütün bunları ancaq bu silahları istehsal edən ölkənin mütəxəssisləri edə bilər”, - nazir fikrini yekunlaşdırıb.

Rusiyanın nəzəri olaraq nüvə silahından istifadə edə biləcəyi ssenarilər RF hərbi doktrinasında və “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”nda öz əksini tapıb.
Sənədlərə görə, bu, Rusiyaya və ya onun müttəfiqlərinə kütləvi qırğın silahlarından istifadə etməklə və ya adi silahlardan istifadə etməklə təcavüz edildikdə, dövlətin özünün mövcudluğuna təhlükə yarandıqda mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0