https://sputnik.az/20240920/bakida-rusiya-universitetlerinin-tehsil-sergisi-kecirilir---foto-467546909.html
Bakıda Rusiya universitetlərinin təhsil sərgisi keçirilir - FOTO
Bakıda Rusiya universitetlərinin təhsil sərgisi keçirilir - FOTO
Sputnik Azərbaycan
Bununla yanaşı, tədbir çərçivəsində Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə faşizm üzərində qələbənin qarşıdan gələn 80... 20.09.2024, Sputnik Azərbaycan
2024-09-20T17:24+0400
2024-09-20T17:24+0400
2024-09-20T17:24+0400
rusiya
rusiya
bakıdakı rus evi
kitab
sərgi
azərbaycan
bakı
kvota
universitet
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467543076_0:1:1280:721_1920x0_80_0_0_c359073a4d503ee0f28cfdbb747d4d1f.jpg
BAKI, 20 sentyabr — Sputnik. Bakıdakı Rus evində Rusiyanın 25 ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi açılıb. Sentyabrın 21-dək davam edəcək sərgidə Rusiya universitetlərinin nümayəndələri öz resurs imkanlarını nümayiş etdirir, təhsil proqramları və layihələrinin perspektivləri və üstünlükləri barədə məlumat verir, həmçinin universitetlərə qəbul və sənədlərin təqdim edilməsi prosedurunu izah edirlər. Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov, Belqorod Dövlət Milli Tədqiqat Universitetinin rektoru Yevgeniya Karlovskaya, "Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər" İctimai Birliyinin nümayəndəsi Natiq Əhmədov, V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Angelina Fadina, həmçinin M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin gənclər siyasəti və beynəlxalq əlaqələr üzrə prorektoru Radika Yulbayeva çıxış ediblər. Yüzlərlə məktəbli və tələbə Rusiya hökumətinin kvotası üzrə qəbul şərtləri, tədris prosesinin təşkili, eləcə də təhsil müəssisələrinin proqramları ilə tanış olub, onları maraqlandıran suallara cavab alıb. Bununla yanaşı, tədbir çərçivəsində Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə faşizm üzərində qələbənin qarşıdan gələn 80 illiyi ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşünün yekunlarına dair yaradılan işçi qrupu bu əlamətdar tarixin 2025-ci ildə birlikdə qeyd olunması barədə qərar qəbul edib.
azərbaycan
həştərxan
belqorod vilayəti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467543076_160:0:1121:721_1920x0_80_0_0_4bf3f42e55864d01be7484a06c91dd7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, bakıdakı rus evi, kitab, sərgi, azərbaycan, bakı, kvota, universitet, təhsil, səfir, mixail yevdokimov, həştərxan, belqorod vilayəti
rusiya, bakıdakı rus evi, kitab, sərgi, azərbaycan, bakı, kvota, universitet, təhsil, səfir, mixail yevdokimov, həştərxan, belqorod vilayəti
Bakıda Rusiya universitetlərinin təhsil sərgisi keçirilir - FOTO
Bununla yanaşı, tədbir çərçivəsində Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə faşizm üzərində qələbənin qarşıdan gələn 80 illiyi ilə bağlı dəyirmi masa keçirilib.
BAKI, 20 sentyabr — Sputnik. Bakıdakı Rus evində Rusiyanın 25 ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi açılıb.
Sentyabrın 21-dək davam edəcək sərgidə Rusiya universitetlərinin nümayəndələri öz resurs imkanlarını nümayiş etdirir, təhsil proqramları və layihələrinin perspektivləri və üstünlükləri barədə məlumat verir, həmçinin universitetlərə qəbul və sənədlərin təqdim edilməsi prosedurunu izah edirlər.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov, Belqorod Dövlət Milli Tədqiqat Universitetinin rektoru Yevgeniya Karlovskaya, "Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər" İctimai Birliyinin nümayəndəsi Natiq Əhmədov, V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Angelina Fadina, həmçinin M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin gənclər siyasəti və beynəlxalq əlaqələr üzrə prorektoru Radika Yulbayeva çıxış ediblər.
Yüzlərlə məktəbli və tələbə Rusiya hökumətinin kvotası üzrə qəbul şərtləri, tədris prosesinin təşkili, eləcə də təhsil müəssisələrinin proqramları ilə tanış olub, onları maraqlandıran suallara cavab alıb.
Bununla yanaşı, tədbir çərçivəsində Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə faşizm üzərində qələbənin qarşıdan gələn 80 illiyi ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşünün yekunlarına dair yaradılan işçi qrupu bu əlamətdar tarixin 2025-ci ildə birlikdə qeyd olunması barədə qərar qəbul edib.