https://sputnik.az/20240918/rusiyanin-tikinti-sirketleri-azerbaycanda-fealiyyete-baslamaq-niyyetindedir-467496464.html
Rusiyanın tikinti şirkətləri Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir
Rusiyanın tikinti şirkətləri Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir
Sputnik Azərbaycan
Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək. 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T23:59+0400
2024-09-18T23:59+0400
2024-09-18T23:59+0400
rusiya
tikinti
təmir və tikinti
xarici şirkətlər
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 18 sentyabr - Sputnik. Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.Bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir.Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq büroları var.Qeyd olunur ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək.Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerlərdə görüşlər təşkil olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tikinti, təmir və tikinti, xarici şirkətlər
tikinti, təmir və tikinti, xarici şirkətlər
Rusiyanın tikinti şirkətləri Azərbaycanda fəaliyyətə başlamaq niyyətindədir
Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək.
BAKI, 18 sentyabr - Sputnik. Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.
Bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir.
Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq büroları var.
Qeyd olunur ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək.
Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerlərdə görüşlər təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.