Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Livanda peycerlərin partlaması ilə bağlı təhqiqatın aparılmasını istəyir

© Sputnik / Валерий ШарифулинMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Qərb terrorizmlə mübarizə mövzusunu manipulyasiya edir.
BAKI, 18 sentyabr — Sputnik. Rusiya Livanda peycerlərin kütləvi partlaması ilə bağlı təhqiqatın olmasını dəstəkləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində deyib.
"Bu vəziyyətdə dünən baş verənlər araşdırma və bu mövzuya beynəlxalq diqqət tələb edir. Qərb terrorizmlə mübarizə mövzusunu manipulyasiya edir", Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
Xatırladaq ki, hadisə dünən, sentyabrın 17-də baş verib. "Hizbullah"ın Tayvandan sifariş verdiyi peycerlər Livanın müxtəlif bölgələrində partlayıb. Bəzi məlumatlara görə, İsrailin "Mossad" kəşfiyyat xidmətinin agentləri cihazlara 3 ilə 20 qram arasında partlayıcı yerləşdiriblər.
İlkin olaraq onlarla zərərçəkən barədə məlumat verilsə də, bir saat ərzində onların sayı min nəfəri keçib. Kütləvi partlayış nəticəsində iki mindən çox insan yaralanıb, biri uşaq olmaqla 11 nəfər həlak olub.
"Hizbullah" hərəkatın iki üzvünün, o cümlədən Livan parlamentinin üzvü Əli Əmmarın oğlunun öldürüldüyü bildirib. Yaralılar arasında İranın Livandakı səfiri Moctaba Amani də var. Hizbullah İsraili günahlandırıb və onu qisas alacağı ilə hədələyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0