Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Prospektdə paytaxt sakinlərinin əsəblərini tarıma çəkən tıxac nə vaxtadək davam edəcək?

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Sabahdan 8 Noyabr prospektində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
BAKI, 18 sentyabr — Sputnik. 19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin 8 Noyabr prospektində aparılan əsaslı təmir işləri ilə bağlı açıqlamasında bildirilir.
"Hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Süleyman Əhmədov küçəsinədək və Süleyman Əhmədov küçəsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır. Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin bir-neçə gün ərzində tam yekunlaşdırılması planlaşdırılır. Yenidənqurma işləri ilə əlaqədar sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq əks istiqamətə yönəldilməklə ikitərəfli hərəkət təmin olunub. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur" - Agentliyin məlumatında deyilir.
Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasənaparılan əsaslı təmir işləri çərçivəsindənəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsiməqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
8 Noyabr prospektində təmir işləri uzun tıxaclara səbəb olub. Paytatx sakinləri, 8 Noyabr prospektində təmir işlərinin ləng aparılmasından şikayətlənir. Dünən sözügedən ərazidə təmir işləri sürücü və sərnişinlərin 4 saatadək tıxacda qalmasına səbəb olub. Anoloji vəziyyət bu gün də davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0