Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ulyanovsk vilayəti ilə Bakı arasında dəniz daşımalarının təşkili planlaşdırılır

© Photo : ASCOGəmi
Gəmi - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Abunə olmaq
Bu marşrutun üstünlükləri arasında qubernator digər limanlarda həddindən artıq yüklənmənin olmamasını, çatdırılma vaxtının və xərclərin azaldılmasını qeyd edib.
BAKI, 17 sentyabr — Sputnik. Bu il ilk kənd təsərrüfatı məhsullarını daşıyan quru yük gəmisi "Orta Volqa-Xəzər dənizi-Fars körfəzi" marşrutu ilə Ulyanovskdan İrana yola düşüb və Bakı limanına qədər də analoji marşrutun olması planlaşdırılır. Bunu Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix deyib.
Qubernatorun sözlərinə görə, gəmi Tsilninskiy, Surskiy, Terenqulskiy və Maynskiy rayonlarının fermerləri tərəfindən yetişdirilən 2,6 min ton arpanı İranın Əmirabad limanına çatdıracaq.

"Birbaşa "çay-dəniz" marşrutunun açılması Ulyanovsk vilayətinin iqtisadiyyatı üçün əhəmiyyətli hadisədir. Bu, ixrac tədarüklərini əhəmiyyətli dərəcədə sürətləndirəcək və ucuzlaşdıracaq, fermerlərimizə beynəlxalq bazarlara çıxmaq və gəlirləri artırmaq üçün yeni imkanlar yaradacaq", - Aleksey Russkix vurğulayıb.

Bu marşrutun üstünlükləri arasında qubernator digər limanlarda həddindən artıq yüklənmənin olmamasını, çatdırılma vaxtının və xərclərin azaldılmasını qeyd edib. Bundan əlavə, qeyd edilən marşrut ixrac coğrafiyasını genişləndirəcək və Fars körfəzi ölkələrinin bazarlarına çıxışı təmin edəcək.
Rusiya regionunun rəhbəri bildirib ki, gələcəkdə Bakı və Türkmənbaşı limanlarına qədər də analoji marşrutların açılması planlaşdırılır.
Ulyanovsk-Bakı-Astara yük bloku qatarının işə düşməsini gözləyirik
Bu yaxınlarda məlum olub ki, "Orta Volqa-Xəzər dənizi-Fars körfəzi" dəhlizi çərçivəsində Ulyanovsk-Bakı-Astara ilk blok qatarı sentyabrın sonunda yola düşəcək. Aqrar-sənaye kompleksi və ağac emalı məhsulları, eləcə də sənaye malları ixrac olunacaq.
Təsdiq olunmuş planlara uyğun olaraq, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) tərkib hissəsi olan "Orta Volqa-Xəzər dənizi-Fars körfəzi" marşrutu ilə ildə 200 min tonadək ixrac-idxal yüklərinin daşınması nəzərdə tutulur.
"Orta Volqa-Xəzər dənizi-Fars körfəzi" marşrutu "Şimal-Cənub" BND-nin bir hissəsidir. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşündə bu logistika kanalını iki ölkə arasında əməkdaşlıq üçün prioritet layihə adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0