https://sputnik.az/20240917/soyqu-tehrana-gelib---ran-dovlet-mediasi-467471508.html
Rusiya TŞ katibi Putinin mesajını İran prezidentinə çatdırıb - KİV
Rusiya TŞ katibi Putinin mesajını İran prezidentinə çatdırıb - KİV
Sputnik Azərbaycan
RF Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə avqustun 5-də İranda olub. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T21:32+0400
2024-09-17T21:32+0400
2024-09-17T21:35+0400
rusiya
sergey şoyqu
təhlükəsizlik şurası
iran
səfər
tehran
suriya
putin
iran prezidenti məsud pezeşkian
mesaj
https://cdnn1.img.sputnik.az/img/07e8/08/06/466508653_0:0:3072:1728_1920x0_80_0_0_aaaa187f8984d90bbce3298af5de5869.jpg
BAKI, 17 sentyabr - Sputnik. Çərşənbə axşamı İranın paytaxtına gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İslam Respublikasının prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinin mesajını verib. Bu barərdə RİA Novosti İranın dövlət telekanalı IRIB-ə istinadən xəbər yayıb.Şoyqu İran paytaxtında prezidentlə görüşdən əlavə, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla da danışıqlar aparıb.Bir gün əvvəl Suriya Ərəb Respublikasının prezident sarayının mətbuat xidməti Sergey Şoyqu ilə Suriya prezidenti Bəşər Əsədin Dəməşqdə görüşü barədə məlumat yayıb.Ofisin bəyanatında deyilir ki, tərəflər “beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələləri, habelə Rusiya ilə Suriya arasında ikitərəfli münasibətləri” müzakirə ediblər.17.09.24, 20:31Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın paytaxtına gəlib. Bu barədə çərşənbə axşamı RİA Novosti İranın dövlət kanalı olan IRIB-ə istinadən məlumat yayıb.Səfər barədə Tehranın diplomatik dairələrində də xəbərlər yayılıb.İranın paytaxtında İran prezidenti Məsud Pezeşkian və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqların aparılması planlaşdırılır.IRIB telekanalı Şoyqunun ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşünün görüntülərini yayıb. Səfər barədə İranın rəsmi xəbər agentliyi İRNA da görüşdən fotoları dərc edib.Xatırladaq ki, Şoyqu sonuncu dəfə avqustun 5-də İranda olub. Daha sonra o, İran prezidenti və Təhlükəsizlik Şurasının katibi ilə də görüşüb. Şoyqu həmçinin İranın Baş Qərargahı ilə də görüş keçirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/06/466508653_205:0:2936:2048_1920x0_80_0_0_8ac2baeaf074bdf152815e80d7c2e209.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey şoyqu, təhlükəsizlik şurası, iran, səfər, tehran, suriya, putin, iran prezidenti məsud pezeşkian, mesaj
sergey şoyqu, təhlükəsizlik şurası, iran, səfər, tehran, suriya, putin, iran prezidenti məsud pezeşkian, mesaj
Rusiya TŞ katibi Putinin mesajını İran prezidentinə çatdırıb - KİV
21:32 17.09.2024 (Yenilənib: 21:35 17.09.2024) RF Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə avqustun 5-də İranda olub.
BAKI, 17 sentyabr - Sputnik. Çərşənbə axşamı İranın paytaxtına gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İslam Respublikasının prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinin mesajını verib. Bu barərdə RİA Novosti İranın dövlət telekanalı IRIB-ə istinadən xəbər yayıb.
“İran İslam Respublikasının prezidenti ilə görüşdə cənab Şoyqu ona Rusiya prezidenti Vladimir Putinin mesajını çatdırıb və əldə olunmuş razılaşmalar barədə hesabatı cənab Pezeşkiana təqdim edib”, - deyə kanalın Telegram kanalında yerləşdirilmiş məlumatda deyilir.
Şoyqu İran paytaxtında prezidentlə görüşdən əlavə, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla da danışıqlar aparıb.
Bir gün əvvəl Suriya Ərəb Respublikasının prezident sarayının mətbuat xidməti Sergey Şoyqu ilə Suriya prezidenti Bəşər Əsədin Dəməşqdə görüşü barədə məlumat yayıb.
Ofisin bəyanatında deyilir ki, tərəflər “beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələləri, habelə Rusiya ilə Suriya arasında ikitərəfli münasibətləri” müzakirə ediblər.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın paytaxtına gəlib. Bu barədə çərşənbə axşamı RİA Novosti İranın dövlət kanalı olan IRIB-ə istinadən məlumat yayıb.
Səfər barədə Tehranın diplomatik dairələrində də xəbərlər yayılıb.
İranın paytaxtında İran prezidenti Məsud Pezeşkian və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqların aparılması planlaşdırılır.
IRIB telekanalı Şoyqunun ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşünün görüntülərini yayıb. Səfər barədə İranın rəsmi xəbər agentliyi İRNA da görüşdən fotoları dərc edib.
Xatırladaq ki, Şoyqu sonuncu dəfə avqustun 5-də İranda olub. Daha sonra o, İran prezidenti və Təhlükəsizlik Şurasının katibi ilə də görüşüb. Şoyqu həmçinin İranın Baş Qərargahı ilə də görüş keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.