https://sputnik.az/20240917/deste-uzvlerinin-magazalari-talamasi-ve-prius-qacirmasinin-goruntuleri-yayilib---vdeo-467456858.html
Dəstə üzvlərinin mağazaları talaması və "Prius" qaçırmasının görüntüləri yayılıb - VİDEO
Dəstə üzvlərinin mağazaları talaması və "Prius" qaçırmasının görüntüləri yayılıb - VİDEO
Sputnik Azərbaycan
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan... 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T19:42+0400
2024-09-17T19:42+0400
2024-09-17T19:42+0400
paytaxt xəbərləri
cinayət
prius
mobil telefon
noutbuklar
dəstə
oğurluq
həbs
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805013_0:160:3072:1888_1920x0_80_0_0_bc2662ed58336a7c66b54bc1b9c8942c.jpg
BAKI, 17 sentyabr — Sputnik. Bakının Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və notbukların oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş şəxslər - Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar. Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq "Toyota Prius" markalı avtomobil qaçırdıqları da müəyyən edilib.Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805013_171:0:2902:2048_1920x0_80_0_0_95939a1416d58aabd425824ae39874a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, prius, mobil telefon, noutbuklar, dəstə, oğurluq, həbs
cinayət, prius, mobil telefon, noutbuklar, dəstə, oğurluq, həbs
Dəstə üzvlərinin mağazaları talaması və "Prius" qaçırmasının görüntüləri yayılıb - VİDEO
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BAKI, 17 sentyabr — Sputnik. Bakının Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və notbukların oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş şəxslər - Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar. Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq "Toyota Prius" markalı avtomobil qaçırdıqları da müəyyən edilib.
Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.