Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bakıda Rusiyanın Aleksandrinski teatrı məhşur "Evlilik" pyesini nümayiş etdirəcək

© Sputnik / Роман СапоньковAleksandrinski teatrı
Aleksandrinski teatrı  - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Abunə olmaq
Teatrının direktoru öz proqramı və Bakıda olması ilə bağlı təəssüratlarından danışacaq.
BAKI, 17 sentyabr — Sputnik. Sankt-Peterburq Aleksandrinski teatrının yaradıcı kollektivi sentyabrın 19-20-də Bakıya qastrol səfərinə gələcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Rusiyanın ən qədim teatrlarından birinin səhnələşdirdiyi Nikolay Qoqolun məşhur "Evlilik" pyesi nümayiş olunacaq.
Aleksandrinski teatrı sonuncu dəfə 1982-ci ildə Bakıda qastrol səfərində olub. Beləliklə, iki, hətta üç nəsil Bakı sakinləri üçün bu teatrla ilk tanışlıq olacaq.
Azərbaycan paytaxtında qastrol proqramı və bu ölkədə olması ilə bağlı təəssüratları haqqında sentyabrın 20-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Aleksandrinski teatrının direktoru Aleksandr Maliç məlumat verəcək.
© Sputnik / Алексей Даничев / Mediabanka keçidAleksandrinski teatrının direktoru Aleksandr Maliç
Международный фестиваль балета Dance Open в Санкт-Петербурге - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Aleksandrinski teatrının direktoru Aleksandr Maliç
Əlaqə:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0