https://sputnik.az/20240917/bakida-avtobus-marsrutuna-hucum-edenler-cezalandirilib-467461976.html
Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırılıb
Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırılıb
Sputnik Azərbaycan
Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T16:22+0400
2024-09-17T16:22+0400
2024-09-17T16:23+0400
avtobus
paytaxt xəbərləri
istismar
xətt
marşrut
hücum
bakı
bayıl
səbail rayonu
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467461399_0:122:1280:842_1920x0_80_0_0_fe7029c8f2b74e12da0f25908bd7864b.jpg
BAKI, 17 sentyabr — Sputnik. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. AYNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrutu da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub. Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək mürşrutun fəaliyyətinə əngəl törədilib. Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir. Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467461399_0:2:1280:962_1920x0_80_0_0_b567ae388649068bfc824108182d6fef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, istismar, xətt, marşrut, hücum, bakı, bayıl, səbail rayonu
avtobus, istismar, xətt, marşrut, hücum, bakı, bayıl, səbail rayonu
Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırılıb
16:22 17.09.2024 (Yenilənib: 16:23 17.09.2024) Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb.
BAKI, 17 sentyabr — Sputnik. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
AYNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrutu da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub.
Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək mürşrutun fəaliyyətinə əngəl törədilib.
Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.