https://sputnik.az/20240916/rusiya-kesfiyyati-ukraynanin-yeni-texribat-planini-ifsa-etdi-467423770.html
Rusiya kəşfiyyatı Ukraynanın yeni təxribat planını ifşa etdi
Rusiya kəşfiyyatı Ukraynanın yeni təxribat planını ifşa etdi
Sputnik Azərbaycan
ABŞ Moskvanı ballistik raketlərlə təchiz etdiyi iddiası ilə İran və Şimali Koreyaya təzyiq kampaniyasını artırmaq üçün Kiyevin təxribatından istifadə etməyi... 16.09.2024, Sputnik Azərbaycan
2024-09-16T14:44+0400
2024-09-16T14:44+0400
2024-09-16T14:44+0400
ukrayna
rusiya
kəşfiyyat
təxribat
vaşinqton
rusiya xarici kəşfiyyat xidməti
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672645_0:158:3000:1846_1920x0_80_0_0_bf9e9b1256ba247a334f437125014d84.jpg
BAKI, 16 sentyabr — Sputnik. Kiyev ABŞ-dan olan kuratorların təhriki ilə uşaq müəssisəsinə "Rusiyanın raket zərbəsi" səhnəsi adlı təxribat hazırlayır. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumat yayıb. "Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Kiyev rejiminin xüsusi xidmət orqanlarının rəhbərliyi və hərbi komandanlığı ABŞ-dan olan kuratorların təhriki ilə növbəti qeyri-insani təxribat ssenarisi üzərində işləyir. Kiyevin nəzarətində olan ərazidəki uşaq müəssisəsinə - xəstəxanaya və ya uşaq bağçasına çoxlu sayda itki ilə raket hücumu təşkil etmək, bu faciənin mediada geniş şəkildə işıqlandırılması nəzərdə tutulur", məlumatda bildirilir. Qeyd olunur ki, ABŞ Moskvanı ballistik raketlərlə təchiz etdiyi iddiası ilə İran və Şimali Koreyaya təzyiq kampaniyasını artırmaq üçün Kiyevin təxribatından istifadə etməyi planlaşdırır. "Eyni zamanda, amerikalılar Moskvanı ballistik raketlərlə təchiz etdiyinə görə İrana, eləcə də KXDR-ə qarşı artıq başlatdıqları təzyiq kampaniyasını gücləndirmək üçün uşaq müəssisəsinə edilən hücum təxribatından istifadə etməyi planlaşdırır", - məlumatda deyilir. ABŞ dövlət katibi Antoni Blinken artıq Aİ ölkələrini Rusiya tərəfinə silah ötürdüyünə görə Tehran və Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. "Beləliklə, Vaşinqton avropalıları hadisəyə dərhal və mümkün qədər sərt cavab verməklə, Rusiyanı və onun tərəfdaşlarını qınayır", - Xarici Kəşfiyyat Xidməti bildirir. Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən sui-istifadə və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Onun sözlərinə görə, buna nail olmaq üçün Ukraynanın demilitarizasiyası və denazifikasiyasının həyata keçirilməsi və Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672645_164:0:2836:2004_1920x0_80_0_0_3e8bc76bbe4a4e29d7fc6c46dfb56020.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, kəşfiyyat, təxribat, vaşinqton, rusiya xarici kəşfiyyat xidməti
ukrayna, kəşfiyyat, təxribat, vaşinqton, rusiya xarici kəşfiyyat xidməti
Rusiya kəşfiyyatı Ukraynanın yeni təxribat planını ifşa etdi
ABŞ Moskvanı ballistik raketlərlə təchiz etdiyi iddiası ilə İran və Şimali Koreyaya təzyiq kampaniyasını artırmaq üçün Kiyevin təxribatından istifadə etməyi planlaşdırır.
BAKI, 16 sentyabr — Sputnik. Kiyev ABŞ-dan olan kuratorların təhriki ilə uşaq müəssisəsinə "Rusiyanın raket zərbəsi" səhnəsi adlı təxribat hazırlayır. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumat yayıb.
"Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Kiyev rejiminin xüsusi xidmət orqanlarının rəhbərliyi və hərbi komandanlığı ABŞ-dan olan kuratorların təhriki ilə növbəti qeyri-insani təxribat ssenarisi üzərində işləyir. Kiyevin nəzarətində olan ərazidəki uşaq müəssisəsinə - xəstəxanaya və ya uşaq bağçasına çoxlu sayda itki ilə raket hücumu təşkil etmək, bu faciənin mediada geniş şəkildə işıqlandırılması nəzərdə tutulur", məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ Moskvanı ballistik raketlərlə təchiz etdiyi iddiası ilə İran və Şimali Koreyaya təzyiq kampaniyasını artırmaq üçün Kiyevin təxribatından istifadə etməyi planlaşdırır.
"Eyni zamanda, amerikalılar Moskvanı ballistik raketlərlə təchiz etdiyinə görə İrana, eləcə də KXDR-ə qarşı artıq başlatdıqları təzyiq kampaniyasını gücləndirmək üçün uşaq müəssisəsinə edilən hücum təxribatından istifadə etməyi planlaşdırır", - məlumatda deyilir.
ABŞ dövlət katibi Antoni Blinken artıq Aİ ölkələrini Rusiya tərəfinə silah ötürdüyünə görə Tehran və Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
"Beləliklə, Vaşinqton avropalıları hadisəyə dərhal və mümkün qədər sərt cavab verməklə, Rusiyanı və onun tərəfdaşlarını qınayır", - Xarici Kəşfiyyat Xidməti bildirir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən sui-istifadə və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Onun sözlərinə görə, buna nail olmaq üçün Ukraynanın demilitarizasiyası və denazifikasiyasının həyata keçirilməsi və Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.