Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-da daxili siyasi proseslərə qarışmır - Peskov

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Kremlin sözçüsü deyib ki, kampaniya ərəfəsində ölkədə sabitliyin pozulması ABŞ seçkilərinə təsir edə bilər.
BAKI, 16 sentyabr — Sputnik. Rusiya ABŞ-ın daxili siyasi proseslərinə əvvəllər qarışmayıb və indi də qarışmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu bizim işimiz deyil, amma biz, əlbəttə ki, ABŞ-dan gələn məlumatları diqqətlə izləyirik, orada siyasi rəqiblər arasında siyasi mübarizənin nə qədər gərgin olduğunu görürük", Kremlin sözçüsü deyib.
Peskov deyib: "Biz baş verənləri yaxından izləyirik, lakin heç vaxt buna heç bir şəkildə müdaxilə etməmişik və indi də müdaxilə etmirik. Kampaniya ərəfəsində ölkədə sabitliyin pozulması ABŞ seçkilərinə təsir edə bilər".
Atışma bazar günü Trampın olduğu Florida ştatında qolf klubunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Məxfi Xidmət əməkdaşları kolların arasında gizlənən şəxsə atəş açıblar. Həmin şəxs qaçaraq avtomobillə minməyə çalışsa da, saxlanılıb. Onun göründüyü yerdə optik nişangahlı AK-47 avtomat tüfəngi, iki kürək çantası və GoPro aksiyon kamerası aşkar edilib. FTB istintaqa qoşulub, Amerika səlahiyyətliləri hadisəni Trampa sui-qəsd cəhdi kimi qiymətləndirir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
Xəbər lenti
0