Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Birləşmiş Ştatlar Oruellin totalitar dövlət haqqında fikirlərini "üstələyib"

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Lavrov deyib ki, Oruel onun bəzi konturlarını təsvir etsə də, indi gördüyümüz totalitarizmin dərinliklərinə nüfuz edə bilməmişdi.
BAKI, 16 sentyabr — Sputnik. Vaşinqton totalitar dövlət haqqında distopik "1984" romanının müəllifi yazıçı Corc Oruellin ideyalarını "üstələyib". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirdən olan həmkarı ilə birgə mətbuat konfransında ABŞ-ın Rusiya mediasına qarşı son sanksiyalarını şərh edərkən deyib.
"Corc Oruellin çox zəngin təxəyyülü və tarixi uzaqgörənliyi var idi. Amma təbii ki, o, totalitar dövlətin necə olacağını təsəvvür belə edə bilməzdi. O, onun bəzi konturlarını təsvir etsə də, indi gördüyümüz totalitarizmin dərinliklərinə nüfuz edə bilmədi. Vaşinqtonda hər hansı fərqli fikri yatıran hazırkı liderlər bunu ötüblər", - Lavrov bildirib.
Rusiyalı nazirin sözlərinə görə, ABŞ-ın hərəkətləri təmiz formada totalitarizmdir.
Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi "Rossiya Seqodnya" media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana, eləcə də onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Onlardan əlavə, RT xəbərlər yayımının rəhbəri Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və telekanalın bir sıra digər əməkdaşları qara siyahıya salınıb.
ABŞ Dövlət Departamenti "Rossiya Seqodnya" media qrupu və onun törəmə şirkətlərinin statuslarını "xarici missiyalar" kimi müəyyən edərək, onların iş şəraitini sərtləşdirib. Xarici Nümayəndəlik Aktının tələb etdiyi kimi, onlardan ABŞ-ın işçi heyəti və əmlakı barədə agentliyi xəbərdar etmələri tələb olunacaq.
ABŞ səlahiyyətliləri həmçinin "Kreml tərəfindən dəstəklənən" media qurumları adından hərəkət etdiyi iddia edilən şəxslərə viza verilməsini məhdudlaşdıran yeni siyasət elan edib. Bununla belə, Dövlət Departamenti viza məhdudiyyətlərinin konkret olaraq kimin təsirləndiyini açıqlamaqdan imtina edib. Yeni sanksiyaları şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, sanksiyalar ayrı-ayrı rusiyalı jurnalistlərə qarşı deyil, "qanunsuz fəaliyyətlə məşğul olan" məhdudiyyətlərə məruz qalan təşkilatların əməkdaşlarına qarşı yönəlib.
Xəbər lenti
0