Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Formula 1-dən sonra Bakının yollarında bütün məhdudiyyətlər aradan qaldırılıb

© Sputnik / Murad OrujovFormula 1
Formula 1 - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Sentyabrın 16-dan 17-dək, 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar götürülür.
BAKI, 16 sentyabr — Sputnik. Formula 1-dən sonra Bakının yollarında bütün məhdudiyyətlər aradan qaldırılıb
Bakının bütün yolları tam olaraq açılıb. Bu barədə Sputnik Azərbaycan- Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, son 8 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.
13-15 sentyabr tarixlərində baş tutmuş Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bugündən sürücülərin istifadəsinə verilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
Həmçinin, sentyabrın 16-dan 17-dək, 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar götürülür.
Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.
Xəbər lenti
0