Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Çevriliş olacaq". Media Ukraynanın USQ təhlükəsi barədə məlumat verib

© AP Photo / Alex BabenkoUkraynalı
Ukraynalı  - Sputnik Azərbaycan, 1920, 16.09.2024
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sülh müqaviləsi bağlanacağı təqdirdə çevrilişlə hədələyir.
BAKI, 16 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ilə sülh müqaviləsi bağlanacağı təqdirdə dövlət çevrilişi edə bilər.
Bu barədə "RİA Novosti" "The Washington Post"a istinadən xəbər verib.
"Çevriliş olacaq, çünki bu ideya döyüşlərdən təsirlənməyən şəhərlərdə olanlar tərəfindən irəli sürüləcək", - jurnalist ukraynalı əsgərin sözlərini sitat gətirir.
İcmalçı qeyd edib ki, Ukrayna bölmələrinin sıralarında münaqişəyə son qoymaq üçün heç bir sülh təşəbbüsü dəstəklənmir.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində törətdiyi terror aktından sonra Rusiya Prezidenti Vladimir Putin "dinc insanlara, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışanlarla" danışıqlar aparmağı mümkünsüz adlandırıb. Prezidentin köməkçisi Yuri Uşakov daha sonra bildirib ki, Moskvanın Ukrayna nizamlanmasına dair Rusiya dövlət başçısının bu yaxınlarda səsləndirdiyi sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə "bu avantüranı nəzərə alaraq" Rusiya Ukrayna ilə danışmayacaq.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Xəbər lenti
0