Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Kiyevə uzaqmənzilli silahlar versə, Rusiya ilə birbaşa müharibəyə başlayacaq

© AP Photo / Vadim GhirdaNATO bayrağı, arxiv
NATO bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 15.09.2024
Abunə olmaq
Uzaqmənzilli silahlardan istifadə yalnız ABŞ və Aİ peyklərinin kəşfiyyat məlumatlarına çıxış əldə etdikdə mümkündür, Ukraynanın özündə isə belə bir imkan yoxdur.
BAKI, 15 sentyabr - Sputnik. NATO ölkələri Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə verərsə, Rusiya ilə birbaşa müharibəyə başlayacaq.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Vəziyyətin bu potensial inkişafı bizim Qərblə münasibətlərimizi kökündən dəyişəcək. Əgər uzaqmənzilli silahların istifadəsinə məhdudiyyətlərin götürülməsi barədə qərar həqiqətən qəbul olunarsa və ya veriləcəksə, bu o deməkdir ki, həmin andan NATO ölkələri Rusiya ilə birbaşa müharibəyə başlayır” - Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı deyib.
O xatırladıb ki, uzaqmənzilli silahlardan istifadə yalnız ABŞ və Aİ peyklərinin kəşfiyyat məlumatlarına çıxış əldə etdikdə mümkündür, Ukraynanın özündə isə belə bir imkan yoxdur.
Nebenzya onu da vurğulayıb ki, qeyd olunan silahlardan istifadə edilərsə, Rusiya Federasiyası “Qərb təcavüzkarları üçün” bütün nəticələri nəzərə alan müvafiq qərarları qəbul etməyə məcbur olacaq.
“Qərb artıq məsuliyyətdən yayına və bütün günahı Ukraynanın üzərinə ata bilməyəcək” - Nebenzya fikrini yekunlaşdırıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyev Qərb mütəxəssislərinin köməyi olmadan uzaqmənzilli silahlardan istifadə edə bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0