Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Milli İncəsənət Muzeyi və Ermitaj mədəni-tarixi irsin mühafizəsinə dair sənəd imzalayıblar

© AP Photo / Evan VucciSənədin imzalanması, arxiv
Sənədin imzalanması, arxiv - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Abunə olmaq
Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu sentyabrın 14-dək davam edəcək.
BAKI, 14 sentyabr - Sputnik. Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlərin X Beynəlxalq Forumu keçirilir.Tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Dövlət Ermitajı arasında muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə memorandum imzalanıb.
İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sənədin mahiyyəti barədə Sputnik-ə danışıb. Onun sözlərinə görə, burada bir neçə istiqamət var.
© Sputnik / Kemale Aliyevaİncəsənət Muzeyinin direktoru Şirin Məlikova
Директор музея ковра Ширин Меликова - Sputnik Azərbaycan, 1920, 14.09.2024
İncəsənət Muzeyinin direktoru Şirin Məlikova
Bunlardan biri Ermitajın muzeyimizdə saxlanılan Qərbi Avropa incəsənəti nümunələrinin atribusiyasına kömək etməsidir.

“Eksponatın atributu onun təsviri, onun haqqında tam məlumatdır - adı, icra texnikası, yaranma vaxtı, müəllifliyi, mənşəyi və s. Bundan başqa, memorandumda bərpa məsələləri üzrə məsləhətləşmələr, mütəxəssislərin təcrübə keçməsi, təcrübə mübadiləsi, o cümlədən Azərbaycanda Ermitaj Günlərinin keçirilməsi kimi layihələr də nəzərdə tutulub”, - deyə Məlikova bildirib.

Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu sentyabrın 14-dək davam edəcək. 2024-cü ildə forumun əsas mövzusu “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?"dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0