https://sputnik.az/20240914/brks-in-genislenmesi-qerb-ucun-soyuq-dus-effekti-verib---rusiya-xarici-sler-nazirliyi-467396628.html
BRİKS-in genişlənməsi Qərb üçün soyuq duş effekti verib - Rusiya Xarici İşlər Nazirliyi
BRİKS-in genişlənməsi Qərb üçün soyuq duş effekti verib - Rusiya Xarici İşlər Nazirliyi
Sputnik Azərbaycan
Diplomat Moskva BRICS ölkələrini quruma üzv olan dövlətlər arasında media sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün konkret tədbirlər görməyə dəvət... 14.09.2024, Sputnik Azərbaycan
2024-09-14T17:20+0400
2024-09-14T17:20+0400
2024-09-14T17:20+0400
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
briks
media
ölkə
forum
kiv
məlumat
mübadilə
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467288867_0:0:3322:1870_1920x0_80_0_0_26856ddfad6e728407e8faaffc77409d.jpg
BAKI, 14 sentyabr - Sputnik. BRİKS-in genişlənməsi Qərb ölkələri üçün əsl şok olub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, “Rusiya assosiasiyaya qoşulmaq istəklərini bəyan edən ölkələrin nümayiş etdirdiyi fəaliyyəti diqqətlə izləyir”.Diplomat bildirib ki, Moskva BRICS ölkələrini qurum üzvləri arasında media sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək, xüsusən də müsbət bloqçuluq fəaliyyətini stimullaşdırmaq üçün konkret tədbirlər görməyə dəvət edir.“İndiki şəraitdə BRİKS-ə üzv dövlətlərlə informasiya sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vəzifəsi xüsusilə aktualdır. Xüsusilə, biz aşağıdakı istiqamətlərdə diqqəti cəmləməyi və ya konkret addımlar atmağı təklif etməyə hazırıq. Birincisi, BRİKS ölkələrinin media redaksiyaları, eləcə də media sahəsində çalışan aidiyyəti nazirliklər, idarələr, təşkilatlar, qeyri-hökumət strukturları arasında qarşılıqlı faydalı əməkdaşlığın dəstəklənməsi və təşviq edilməsidir”, - Zaxarova bildirib.İkincisi, Zaxarova bildiib ki, “BRİKS ölkələrindən onları assosiasiyanın fəaliyyətinə informasiya dəstəyinə cəlb etmək üçün media fondu” yaratmağı təklif edib.“Altıncı, media fəaliyyətinin hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, dövlətlərimizin ərazisində qeydiyyatdan keçmiş KİV-lərə aid digər məlumatların mübadiləsidir. Və yekun olaraq - BRİKS ölkələrində müsbət bloqçuların fəaliyyətini stimullaşdırmaq", - deyə Zaxarova fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467288867_378:0:3109:2048_1920x0_80_0_0_96d7d87f0e4c8b52f06ffa38183ee1b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, briks , media, ölkə, forum, kiv, məlumat, mübadilə
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, briks , media, ölkə, forum, kiv, məlumat, mübadilə
BRİKS-in genişlənməsi Qərb üçün soyuq duş effekti verib - Rusiya Xarici İşlər Nazirliyi
Diplomat Moskva BRICS ölkələrini quruma üzv olan dövlətlər arasında media sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün konkret tədbirlər görməyə dəvət edib.
BAKI, 14 sentyabr - Sputnik. BRİKS-in genişlənməsi Qərb ölkələri üçün əsl şok olub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bunu demək lazımdır ki, BRICS-in genişlənməsi, Qərb üçün əsl şok, soyuq duş və birqütblü dünyaya qayıtmayacağının gözəl təsdiqi idi", - Zaxarova BRICS media sammitində bildirib.
Onun sözlərinə görə, “Rusiya assosiasiyaya qoşulmaq istəklərini bəyan edən ölkələrin nümayiş etdirdiyi fəaliyyəti diqqətlə izləyir”.
Diplomat bildirib ki, Moskva BRICS ölkələrini qurum üzvləri arasında media sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək, xüsusən də müsbət bloqçuluq fəaliyyətini stimullaşdırmaq üçün konkret tədbirlər görməyə dəvət edir.
“İndiki şəraitdə BRİKS-ə üzv dövlətlərlə informasiya sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vəzifəsi xüsusilə aktualdır. Xüsusilə, biz aşağıdakı istiqamətlərdə diqqəti cəmləməyi və ya konkret addımlar atmağı təklif etməyə hazırıq. Birincisi, BRİKS ölkələrinin media redaksiyaları, eləcə də media sahəsində çalışan aidiyyəti nazirliklər, idarələr, təşkilatlar, qeyri-hökumət strukturları arasında qarşılıqlı faydalı əməkdaşlığın dəstəklənməsi və təşviq edilməsidir”, - Zaxarova bildirib.
İkincisi, Zaxarova bildiib ki, “BRİKS ölkələrindən onları assosiasiyanın fəaliyyətinə informasiya dəstəyinə cəlb etmək üçün media fondu” yaratmağı təklif edib.
“Üçüncüsü, BRİKS ölkələrinin milli mediasının jurnalistlərinin akkreditasiyası şərtlərinin nəzərəçarpacaq dərəcədə sadələşdirilməsidir. Dördüncüsü - media sahəsində mövcud təcrübənin öyrənilməsi, habelə görüşlərin, seminarların, press-turların, konfransların keçirilməsi məqsədilə jurnalistlərin peşəkar birlikləri arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi. Beşinci - dövlətlərin ərazisində qanuni şəkildə yayımlanan televiziya və radio proqramlarının və verilişlərinin yayımına və redaksiya heyəti tərəfindən qanuni əsaslarla materialların və mesajların ötürülməsinə qarşılıqlı əsasda köməklik göstərilməsi”, - Zaxarova sözünə davam edib.
“Altıncı, media fəaliyyətinin hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, dövlətlərimizin ərazisində qeydiyyatdan keçmiş KİV-lərə aid digər məlumatların mübadiləsidir. Və yekun olaraq - BRİKS ölkələrində müsbət bloqçuların fəaliyyətini stimullaşdırmaq", - deyə Zaxarova fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.