Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ və Britaniya Ukraynadakı vəziyyəti zəif idarə olunan gərginliyə sürükləyir - Ryabkov

© Sputnik / Министерство обороны РФ / Mediabanka keçidUkrayna ordusunun Kursk vilayətində məhv edilmiş hərbi texnikası
Ukrayna ordusunun Kursk vilayətində məhv edilmiş hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Abunə olmaq
Rusiya XİN Co Bayden və Key Starmerin görüşünün nəticələrini şərh edib.
BAKI, 14 sentyabr - Sputnik. Birləşmiş Ştatlar və Böyük Britaniya Ukrayna ətrafındakı vəziyyəti zəif idarə olunan eskalasiya mərhələsinə sürükləyir. Bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov BRİKS-in VII Media Sammiti çərçivəsində deyib.
© Sputnik / Maksim Blinov / Mediabanka keçid Sergey Ryabkov
Заместитель министра иностранных дел России Сергей Рябков на первой Конференции Организации Объединенных Наций по космическому праву и космической политик, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2024
Sergey Ryabkov
Onun sözlərinə görə, Rusiya hər gün bunun nəticələri barədə xəbərdarlıq edir.

“Biz faktiki olaraq hər gün orada hakimiyyətdə olanları bu cür hərəkətlərin nəticələri ilə bağlı xəbərdar edirik”, - diplomat deyib.

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov istisna etməyib ki, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Key Starmer arasında keçirilən görüşdən sonra onların silahları ilə Rusiya ərazisinin dərinliklərində zərbələr endirməyə icazə veriləcəyi açıqlana bilər.
BRICS Media Sammiti
BRİKS media sammiti sentyabrın 13-dən 17-dək Moskvada 45 ölkədən 60-dan çox media orqanının menecerləri və aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilir.
Media sammiti ilk dəfə BRİKS Media Forumunun yeni formatı - assosiasiyaya üzv dövlətlərin aparıcı KİV-ləri arasında dialoq üçün qeyri-hökumət, qeyri-kommersiya platforması kimi keçirilir.
Media forumu 2015-ci ildə Sinxua agentliyinin təşəbbüsü ilə yaradılıb və o vaxtdan BRİKS-ə sədrlik edən ölkədə keçirilir. 2024-cü il yanvarın 1-dən assosiasiyaya Rusiya rəhbərlik edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0