Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Xarici İşlər Nazirliyi FTX-nin qiymətləndirmələrini tamamilə bölüşür

© Sputnik / Валерий ШарифулинMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Abunə olmaq
FTX daha əvvəl bildirmişdi ki, Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə bağlı hazırlığını təsdiq edən sənədlər əldə edib.
BAKI, 13 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Rusiya FTX-nin "İngiltərə diplomatlarının" fəaliyyəti ilə bağlı qiymətləndirmələrini tamamilə bölüşür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.
"Böyük Britaniya səfirliyi Vyana konvensiyaları ilə müəyyən edilmiş hədləri keçib, amma ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfi və bəyan edilmiş fəaliyyətlərə əməl edilməməsi haqqında deyil, həm də bizim xalqımıza zərər vurmağa yönəlmiş hərəkətlərdən gedir", - Zaxarova əlavə edib
FTX daha əvvəl bildirmişdi ki, Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə bağlı hazırlığını təsdiq edən sənədlər əldə edib.
Rusiya istiqamətində və MDB məkanında təxribat siyasətini əlaqələndirən əsas struktur Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Direktorluğudur ki, onun da əsas vəzifəsi Rusiyaya strateji məğlubiyyət vermək olan xüsusi xidmətə çevrilib.
Rusiya kəşfiyyatının məlumatına görə, Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin 6 əməkdaşının akkreditasiyasına xitam verilib, onların əməllərində kəşfiyyat və təxribat işlərinin əlamətləri aşkarlanıb. FTX həmçinin bəyan edib ki, Britaniya diplomatlarının işlərində belə əlamətlər aşkar edilərsə, onların Rusiyadakı fəaliyyətinə vaxtından əvvəl xitam verilməsini tələb ediləcək.
Xəbər lenti
0