Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Şoyqu Şimali Koreya lideri ilə görüşüb

© Sputnik / Вячеслав Прокофьев / POOL / Mediabanka keçidSergey Şoyqu, arxiv
Sergey Şoyqu, arxiv - Sputnik Azərbaycan, 1920, 13.09.2024
Abunə olmaq
Pxenyandakı görüşlər Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda Pxenyana dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə edilmiş razılaşmalara uyğun olaraq son dərəcə etibarlı, dostluq şəraitində keçib.
BAKI, 13 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 13-də Pxenyana səfər edib və burada Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli maraq doğuran və beynəlxalq gündəlikdəki məsələlər müzakirə edilib.
"Ölkələrimiz arasında davam edən strateji dialoq çərçivəsində koreyalı həmkarlarımızla ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə əsaslı fikir mübadiləsi aparılıb", Rusiya Təhlükəsizlik Şurasının məlumatında deyilir.
Qeyd olunur ki, Şoyqunu KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In qəbul edib.
Pxenyandakı görüşlər Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda Pxenyana dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə edilmiş razılaşmalara uyğun olaraq son dərəcə etibarlı, dostluq şəraitində keçib.
"Onlar imzaladıqları ikitərəfli Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin müddəalarının həyata keçirilməsinə mühüm töhfə verəcəklər", - Təhlükəsizlik Şurası əlavə edib.
Xəbər lenti
0