https://sputnik.az/20240912/rusiya-xn-slahat-aparmasa-atet-in-secki-monitorinqi-mexanizmine-etimad-olmayacaq-467332612.html
Rusiya XİN: İslahat aparmasa, ATƏT-in seçki monitorinqi mexanizminə etimad olmayacaq
Rusiya XİN: İslahat aparmasa, ATƏT-in seçki monitorinqi mexanizminə etimad olmayacaq
Sputnik Azərbaycan
Zaxarova əlavə edib ki, Büronun nəticələri və bəyanatları qərəzli və qeyri-obyektiv olaraq qaldıqca, ən yaxşı yol onlara məhəl qoymamaqdır. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T22:25+0400
2024-09-12T22:25+0400
2024-09-12T22:25+0400
rusiya xin
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
atət
atət-in demokratik təsisatlar və insan haqları bürosu
gürcü arzusu partiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_0:0:3072:1728_1920x0_80_0_0_3229338b6150467985e6a88b939a59a5.jpg
BAKI, 12 sentyabr — Sputnik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçkilərin monitorinqi mexanizmlərinə etimadı gücləndirəcək yeganə yol strukturda dərin islahatlar aparmaqdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Bundan əvvəl Rusiya xarici kəşfiyyat xidməti məlumat vermişdi ki, ABŞ Dövlət Departamenti "Gürcü arzusu" partiyasının qələbəsinin qarşısını almaq üçün DTİHB-ni Gürcüstanda keçirilən seçkilərə cəlb etmək niyyətindədir. Nəzərdə tutulur ki, Büronun ölkədə səsvermədən əvvəl azad seçkilər üçün heç bir şərait olmadığı qənaətinə gələn hesabat dərc etməsi nəzərdə tutulur. İlk nəticələr dərc edildikdən sonra prosesin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq. Xarici Kəşfiyyat Xidməti əlavə edib ki, ABŞ gürcü müxalifətinə ölkədə hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə etiraz aksiyalarına başlamaq üçün əsas vermək istəyir. "DTİHB-nin seçki müşahidəsi mexanizminə etimadı gücləndirməyin yeganə yolu onun bütün dövlətlərin suverenlyinə hörmət prinsipləri, qərəzsizlik və hamı tərəfindən təsdiqlənən konsensus meyarlarına əsaslanan dərin islahatdır" - Rusiya Xarici İşlər Nazirliyinin diplomatı deyib. Zaxarova əlavə edib ki, Büronun nəticələri və bəyanatları qərəzli və qeyri-obyektiv olaraq qaldıqca, ən yaxşı yol onlara məhəl qoymamaqdır. O, həmçinin qeyd edib ki, DTİHB-ni cəlb etmədən beynəlxalq müşahidəçilərin dəvət olunması ilə bağlı öhdəlikləri yerinə yetirmək olar. "Praktika göstərir ki, seçkilər onsuz da yaxşı keçə bilər və seçicilərin onların nəticələrinə inamı, seçkilərin legitimliyi seçicilərin iradəsi ilə müəyyən edilir, DTİHB qiymətləndirmələri ilə deyil", Zaxarova deyib. Zaxarova qeyd edib ki, görünür, məhz bu qiymətləndirmələrlə DTİHB seçkilər ərəfəsində Gürcüstanda vəziyyəti qızışdırmağı planlaşdırır. Onun sözlərinə görə, əgər Qərb onların nəticələrini bəyənməsə, o zaman Büronun gəldiyi nəticə növbəti "rəngli inqilab"a qədər etirazlar və onların nəticələrinə etiraz etmək cəhdləri üçün səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_332:0:3063:2048_1920x0_80_0_0_7499845939303135ac1411d9cd98dec4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, atət, atət-in demokratik təsisatlar və insan haqları bürosu, gürcü arzusu partiyası
rusiya xin, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, atət, atət-in demokratik təsisatlar və insan haqları bürosu, gürcü arzusu partiyası
Rusiya XİN: İslahat aparmasa, ATƏT-in seçki monitorinqi mexanizminə etimad olmayacaq
Zaxarova əlavə edib ki, Büronun nəticələri və bəyanatları qərəzli və qeyri-obyektiv olaraq qaldıqca, ən yaxşı yol onlara məhəl qoymamaqdır.
BAKI, 12 sentyabr — Sputnik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçkilərin monitorinqi mexanizmlərinə etimadı gücləndirəcək yeganə yol strukturda dərin islahatlar aparmaqdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl Rusiya xarici kəşfiyyat xidməti məlumat vermişdi ki, ABŞ Dövlət Departamenti "Gürcü arzusu" partiyasının qələbəsinin qarşısını almaq üçün DTİHB-ni Gürcüstanda keçirilən seçkilərə cəlb etmək niyyətindədir. Nəzərdə tutulur ki, Büronun ölkədə səsvermədən əvvəl azad seçkilər üçün heç bir şərait olmadığı qənaətinə gələn hesabat dərc etməsi nəzərdə tutulur. İlk nəticələr dərc edildikdən sonra prosesin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq. Xarici Kəşfiyyat Xidməti əlavə edib ki, ABŞ gürcü müxalifətinə ölkədə hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə etiraz aksiyalarına başlamaq üçün əsas vermək istəyir.
"DTİHB-nin seçki müşahidəsi mexanizminə etimadı gücləndirməyin yeganə yolu onun bütün dövlətlərin suverenlyinə hörmət prinsipləri, qərəzsizlik və hamı tərəfindən təsdiqlənən konsensus meyarlarına əsaslanan dərin islahatdır" - Rusiya Xarici İşlər Nazirliyinin diplomatı deyib.
Zaxarova əlavə edib ki, Büronun nəticələri və bəyanatları qərəzli və qeyri-obyektiv olaraq qaldıqca, ən yaxşı yol onlara məhəl qoymamaqdır. O, həmçinin qeyd edib ki, DTİHB-ni cəlb etmədən beynəlxalq müşahidəçilərin dəvət olunması ilə bağlı öhdəlikləri yerinə yetirmək olar.
"Praktika göstərir ki, seçkilər onsuz da yaxşı keçə bilər və seçicilərin onların nəticələrinə inamı, seçkilərin legitimliyi seçicilərin iradəsi ilə müəyyən edilir, DTİHB qiymətləndirmələri ilə deyil", Zaxarova deyib.
Zaxarova qeyd edib ki, görünür, məhz bu qiymətləndirmələrlə DTİHB seçkilər ərəfəsində Gürcüstanda vəziyyəti qızışdırmağı planlaşdırır. Onun sözlərinə görə, əgər Qərb onların nəticələrini bəyənməsə, o zaman Büronun gəldiyi nəticə növbəti "rəngli inqilab"a qədər etirazlar və onların nəticələrinə etiraz etmək cəhdləri üçün səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.