Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu artıq Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırıb çıxarır - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 12.09.2024
Abunə olmaq
XİN rəhbəri Ukrayna ordusunun Rusiyanın Belqorod və Bryansk vilayətlərində mülki əhaliyə hücumlarını davam etdirdiyini bildirib.
BAKI, 12 sentyabr — Sputnik. Rusiya ordusu artıq Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırıb çıxarır və onları oradan tam çıxarılacaq. Bu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Kiyevdən mülki hədəflərə hücumların artmasını həm də Ukrayna silahlı qüvvələrinin Kursk bölgəsinə terror məqsədləri ilə müdaxiləsi çərçivəsində müşahidə edə bilərik, indi onlar sıxışdırılıb çıxarılır. Buna heç bir şübhə ola bilməz", Lavrov Ukrayna ətrafında vəziyyətə dair dəyirmi masa formatında Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə bildirib.
XİN rəhbəri Ukrayna ordusunun Rusiyanın Belqorod və Bryansk vilayətlərində mülki əhaliyə hücumlarını davam etdirdiyini, həmçinin vaxtaşırı Rusiya Federasiyasının digər sərhədyanı rayonlarında pilotsuz təyyarələrlə hücum etdiyini qeyd edib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da saat 5.30-da Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb, Lavrov Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin sentyabrın 11-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 12,2 mindən çox hərbi qulluqçu və 96 tank itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antoterror Əməliyyat Rejimi tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0