https://sputnik.az/20240912/rusiya-brks-cercivesinde-tehlukesizlik-meselelerine-boyuk-diqqet-yetirir---putin-467334965.html
Rusiya BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirir - Putin
Rusiya BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirir - Putin
Sputnik Azərbaycan
Rusiya lideri bildirib ki, 34 dövlət bu və ya digər formada BRİKS-in fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T20:18+0400
2024-09-12T20:18+0400
2024-09-12T20:18+0400
rusiya prezidenti vladimir putin
rusiya
briks
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0c/467334667_0:0:3072:1728_1920x0_80_0_0_308860bf23baed0ee6ad8da8216b8612.jpg
BAKI, 12 sentyabr — Sputnik. Rusiyanın BRİKS-ə sədrliyi planı artıq 70%-dən çox yerinə yetirilib. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. "İndiyədək sədrlik planının 70%-dən çoxu yerinə yetirilib, 150-yə yaxın tədbir, müşavirə, sənaye forumu keçirilib, ekspert və nazirlərin görüşləri keçirilib", - dövlət başçısı BRİKS və BRİKS plus dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslərlə görüşündə deyib. Rusiya lideri bildirib ki, 34 dövlət bu və ya digər formada BRİKS-in fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib. "Bu gün 34 dövlət artıq bu və ya digər formada bizim assosiasiyamızın (BRİKS – red.) fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib" - Putin bildirib. Rusiya prezidenti deyib ki, ölkəsi BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirir. Rusiya Federasiyasının 2024-cü ildə BRİKS-in sədri kimi fəaliyyəti assosiasiyanın yeni üzvlərinin sürətli inteqrasiyasına yönəldilib. Bu il BRİKS-in hazırkı sədri kimi Rusiya assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb, bizim sədrliyimizə xüsusi bir missiya həvalə edilib: yeni üzvün ən sürətli və üzvi inteqrasiyasına hər cür şərait yaratmaq", - Putin qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0c/467334667_13:0:2744:2048_1920x0_80_0_0_bccf21232d53d88c6f314e04df4d1671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, briks , putin, vladimir putin
rusiya prezidenti vladimir putin, briks , putin, vladimir putin
Rusiya BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirir - Putin
Rusiya lideri bildirib ki, 34 dövlət bu və ya digər formada BRİKS-in fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib.
BAKI, 12 sentyabr — Sputnik. Rusiyanın BRİKS-ə sədrliyi planı artıq 70%-dən çox yerinə yetirilib. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"İndiyədək sədrlik planının 70%-dən çoxu yerinə yetirilib, 150-yə yaxın tədbir, müşavirə, sənaye forumu keçirilib, ekspert və nazirlərin görüşləri keçirilib", - dövlət başçısı BRİKS və BRİKS plus dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslərlə görüşündə deyib.
Rusiya lideri bildirib ki, 34 dövlət bu və ya digər formada BRİKS-in fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib.
"Bu gün 34 dövlət artıq bu və ya digər formada bizim assosiasiyamızın (BRİKS – red.) fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib" - Putin bildirib.
Rusiya prezidenti deyib ki, ölkəsi BRİKS çərçivəsində təhlükəsizlik məsələlərinə böyük diqqət yetirir.
Rusiya Federasiyasının 2024-cü ildə BRİKS-in sədri kimi fəaliyyəti assosiasiyanın yeni üzvlərinin sürətli inteqrasiyasına yönəldilib. Bu il BRİKS-in hazırkı sədri kimi Rusiya assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb, bizim sədrliyimizə xüsusi bir missiya həvalə edilib: yeni üzvün ən sürətli və üzvi inteqrasiyasına hər cür şərait yaratmaq", - Putin qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.