https://sputnik.az/20240912/qerb-olkeleri-son-ukraynaliya-qeder-muharibeni-davam-etdirmeye-calisirlar-467337124.html
Qərb ölkələri son ukraynalıya qədər müharibəni davam etdirməyə çalışırlar
Qərb ölkələri son ukraynalıya qədər müharibəni davam etdirməyə çalışırlar
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi bildirib ki, ABŞ-ın Rusiya Federasiyasına zərbələr endirmək üçün Kiyevə verdiyi icazə Ukraynada münaqişəni davam etdirmək cəhdidir. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T22:03+0400
2024-09-12T22:03+0400
2024-09-12T22:03+0400
dmitri peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
abş
zərbə
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_0:26:3071:1753_1920x0_80_0_0_47d35b9212941805c50c77ed7ecf1d7c.jpg
BAKI, 12 sentyabr — Sputnik. Qərb Kiyev rejiminin Rusiya ərazilərinə Qərb silahları ilə zərbələr endirməsinə icazə verərək Ukraynadakı müharibəni ölkənin son sakininə qədər davam etdirməyə çalışır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib. Bir sıra Qərb ölkələrinin Kiyevə Rusiyanın ərazilərinə zərbələr endirməsinə icazə verilməsi barədə xəbərləri şərh edən siyasətçi vurğulayıb ki, bu yolla Qərb Ukraynanın son sakininə qədər mübarizəni davam etdirməyə çalışır. "Bu, müharibəni sonuncu ukraynalıya qədər davam etdirmək cəhdidir", Peskov vurğulayıb. Bu yaxınlarda Dmitri Peskov demişdi ki, Moskva ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə (USQ) Qərb silahları ilə Rusiya Federasiyası ərazilərinə zərbələr endirməsinə icazə vermək qərarına cavab verəcək. Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi deyib ki, bu qərar ABŞ-ın münaqişədə iştirakını artırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_309:0:3040:2048_1920x0_80_0_0_a0cbcc20bbb3982e05ef41876e0f1d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, ukrayna, abş, zərbə, kiyev
dmitri peskov, ukrayna, abş, zərbə, kiyev
Qərb ölkələri son ukraynalıya qədər müharibəni davam etdirməyə çalışırlar
Kremlin nümayəndəsi bildirib ki, ABŞ-ın Rusiya Federasiyasına zərbələr endirmək üçün Kiyevə verdiyi icazə Ukraynada münaqişəni davam etdirmək cəhdidir.
BAKI, 12 sentyabr — Sputnik. Qərb Kiyev rejiminin Rusiya ərazilərinə Qərb silahları ilə zərbələr endirməsinə icazə verərək Ukraynadakı müharibəni ölkənin son sakininə qədər davam etdirməyə çalışır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Bir sıra Qərb ölkələrinin Kiyevə Rusiyanın ərazilərinə zərbələr endirməsinə icazə verilməsi barədə xəbərləri şərh edən siyasətçi vurğulayıb ki, bu yolla Qərb Ukraynanın son sakininə qədər mübarizəni davam etdirməyə çalışır.
"Bu, müharibəni sonuncu ukraynalıya qədər davam etdirmək cəhdidir", Peskov vurğulayıb.
Bu yaxınlarda Dmitri Peskov demişdi ki, Moskva ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə (USQ) Qərb silahları ilə Rusiya Federasiyası ərazilərinə zərbələr endirməsinə icazə vermək qərarına cavab verəcək. Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi deyib ki, bu qərar ABŞ-ın münaqişədə iştirakını artırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.