Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Qərb Ukraynanı ultimatum çərçivəsində saxlamağa çalışır

© Sputnik / Пресс-служба Совета Федерации РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 12.09.2024
Abunə olmaq
Rusiya xarici işlər nazirinin sözlərinə görə, Qərbdə ədalətli diplomatiyaya hazır deyillər.
BAKI, 12 sentyabr — Sputnik. Moskva Ukrayna münaqişəsinin həllinə sadiqdir. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə təsdiqləyib, lakin Qərb ədalətli diplomatiyaya hazır deyil. Qərb ölkələri Kiyevi ultimatum çərçivəsində saxlamağa çalışırlar.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışi zamanı deyib.
"Biz böhranın həllinə sadiqik, prezidentimiz bunu dəfələrlə təsdiqləyib. Lakin biz ədalətli diplomatiyaya heç bir hazırlıq görmürük", diplomat bildirib.
Lavrov qeyd edib ki, Qərb ölkələri hər cür şəkildə Ukraynanı ultimatum çərçivəsində saxlamağa çalışırlar.
Nazir həmçinin qeyd edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli bağlı heç bir təşəbbüs ölkənin rusdilli sakinlərinin hüquqlarına təsir etmir. Bundan əlavə, nazirin sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı danışıqların mahiyyətini anlamağa çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0