Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-İran strateji tərəfdaşlıığına nifaq salınmasından yalnız Qərb faydalanır - XİN

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Abunə olmaq
XİN rəsmisinin sözlərinə görə, Rusiya hesab edir ki, İran Zəngəzur dəhlizi ilə bağlı arqumentləri eşidib.
BAKI, 11 sentyabr — Sputnik. Rusiya hesab edir ki, onun Zəngəzur dəhlizi ilə bağlı onun izahat və arqumentləri İran tərəfindən eşidilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Rusiya səfirinin İran Xarici İşlər Nazirliyindəki söhbəti ilə bağlı mətbuatda gedən materialları şərh edərkən deyib.
Diplomat bildirib ki, İran Xarici İşlər Nazirliyinə aid olan, sədirin dəvət olunmasından bəhs edən bəyanatlarla tanışdır.
"Mən həm də gördüm ki, mediada fərqli yozum var, amma mən rəsmi olana istinad edirəm. Mən iranlı deputatların Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edən bəyanatlarını da gördüm”, - Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Rusiya iranlı tərəfdaşları ilə daimi şəkildə əlaqə saxlayır.

“Biz bununla bağlı bütün lazımi açıqlamaları vermişik. Biz ondan çıxış edirik ki, təqdim etdiyimiz arqument Tehranda dinlənilib və qəbul edilib”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, anti-Rusiya informasiya kampaniyası MoskvaTehran arasında genişlənən strateji tərəfdaşlıqda nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələrdən ilhamlanıb.

“Bu cür təxribatların arxasında duranlar bunu, yəqin ki, Qərbin maraqlarına uyğun olaraq, açıq-aydın edirlər. Çünki hadisələrin bu cür inkişafından, bu cür informasiya kampaniyalarından yalnız qərblilər faydalanır”, - deyə Zaxarova fikrini yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0