Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran Rusiyaya ballistik raketlər tədarük etməyib - Araqçi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAbbas Araqçi
Abbas Araqçi - Sputnik Azərbaycan, 1920, 11.09.2024
Abunə olmaq
İran xarici işlər naziri deyib ki, sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir
BAKI, 11 sentyabr — Sputnik. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X" hesabında bildirib.

"Yenə də ABŞ-la "Avropa üçlüyü" (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər? Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir", - XİN rəhbəri vurğulayıb.

ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, İran Rusiyaya qısamənzilli ballistik raketlər göndərib və Kreml çox güman, onlardan bir neçə həftə ərzində Ukraynada istifadə edəcək.
Bunu bütün Avropa üçün təhdid adlandıran Antoni Blinken əlavə edib:

“Onlarla Rusiya hərbçisi İranda 75 mil (təxminən 120 kilometr) uzaqlığa çata bilən qısamənzilli ballistik raket sistemindən istifadə etmək üçün təlim keçib”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0