https://sputnik.az/20240911/peskov-ukraynanin-enerji-sistemine-zerbeler-barede-deqiq-razilasmalar-olmayib-467296700.html
Peskov: Ukraynanın enerji sisteminə zərbələr barədə dəqiq razılaşmalar olmayıb
Peskov: Ukraynanın enerji sisteminə zərbələr barədə dəqiq razılaşmalar olmayıb
Sputnik Azərbaycan
Kreml nümayəndəsi vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq Rusiya üçün prioritet olaraq qalır. 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T11:03+0400
2024-09-11T11:03+0400
2024-09-11T11:03+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
putin
"rosatom"
ukrayna
enerji
zərbə
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/09/03/467148057_0:0:3072:1728_1920x0_80_0_0_4728c0915566ffd5baafd81043b2b7aa.jpg
BAKI, 11 sentyabr - Sputnik. Ukraynanın enerji infrastrukturuna zərbələr məsələsi ilə bağlı dəqiq razılaşmalar olmayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib. Kreml rəsmisi izah edib ki, hazırda Kursk vilayətindəki vəziyyəti nəzərə alaraq hər hansı bir razılaşmanın müzakirəsini təsəvvür etmək çətindir. Kreml nümayəndəsi vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq Rusiya üçün prioritet olaraq qalır. Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kursk vilayətində münaqişə başlamazdan əvvəl prezident Vladimir Putinin Türkiyənin enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsünü dəstəklədiyini bildirib. Lakin bir müddət sonra, Təhlükəsizlik Şurası katibinin vurğuladığı kimi, Kiyev belə bir razılaşmaya getməyəcəyini açıqlayıb. “KP.RU” bu yaxınlarda qeyd edib ki, “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Kursk AES-dəki vəziyyət barədə danışıb. Onun sözlərinə görə, hazırda stansiya normal rejimdə işləyir, lakin bununla bağlı yaxşı xəbər yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/03/467148057_122:0:2853:2048_1920x0_80_0_0_fb1d673e245dd40c8ce404f0e1a47a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, putin, "rosatom", ukrayna, enerji, zərbə, xüsusi hərbi əməliyyat
peskov, putin, "rosatom", ukrayna, enerji, zərbə, xüsusi hərbi əməliyyat
Peskov: Ukraynanın enerji sisteminə zərbələr barədə dəqiq razılaşmalar olmayıb
Kreml nümayəndəsi vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq Rusiya üçün prioritet olaraq qalır.
BAKI, 11 sentyabr - Sputnik. Ukraynanın enerji infrastrukturuna zərbələr məsələsi ilə bağlı dəqiq razılaşmalar olmayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.
Kreml rəsmisi izah edib ki, hazırda Kursk vilayətindəki vəziyyəti nəzərə alaraq hər hansı bir razılaşmanın müzakirəsini təsəvvür etmək çətindir. Kreml nümayəndəsi vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq Rusiya üçün prioritet olaraq qalır.
“Birincisi, heç bir dəqiq razılaşmalar olmayıb. Lakin bütün bunlarla yanaşı, bizim üçün bir daha əsas olan hədəflərimizə çatmaqdır”, - Peskov söyləyib.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kursk vilayətində münaqişə başlamazdan əvvəl prezident Vladimir Putinin Türkiyənin enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsünü dəstəklədiyini bildirib. Lakin bir müddət sonra, Təhlükəsizlik Şurası katibinin vurğuladığı kimi, Kiyev belə bir razılaşmaya getməyəcəyini açıqlayıb.
“KP.RU” bu yaxınlarda qeyd edib ki, “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Kursk AES-dəki vəziyyət barədə danışıb. Onun sözlərinə görə, hazırda stansiya normal rejimdə işləyir, lakin bununla bağlı yaxşı xəbər yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.