https://sputnik.az/20240911/bakida-yeni-su-ve-kanalizasiya-layiheleri-icra-olunur---vdeo-467309584.html
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
Sputnik Azərbaycan
Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır. 11.09.2024, Sputnik Azərbaycan
2024-09-11T23:47+0400
2024-09-11T23:47+0400
2024-09-11T23:47+0400
kanalizasiya
paytaxt xəbərləri
su
ehtiyat
bakı
azərbaycan
küçə
prospekt
https://cdnn1.img.sputnik.az/img/42391/06/423910684_0:159:3077:1889_1920x0_80_0_0_63f760f977b651281741d04eef797412.jpg
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərində içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işlərini aparır. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. Məlumata görə, hazırda planla nəzərdə tutulmuş işlərin əksər hissəsi yekunlaşıb. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, 15 nöqtədə abonent xətləri çəkilib və birləşmələr verilib. Corat küçəsində içməli su xəttinin inşası işləri yekunlaşmaq üzrədir. Həmin prospektin müxtəlif nöqtələrində mövcud içməli su xətlərinin dəyişdirilməsi işləri davam etdirilir. Eyni zamanda Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində, Səbail rayonu Parlament prospekti, Teymur Elçin küçəsində, Nərimanov rayonu Əhməd Rəcəbli, Əhməd bəy Ağaoğlu küçələrində, Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində, Salyan şosesi boyu - Bibiheybət şosesindən Lökbatan dairəsinədək, Dilarə Əliyeva küçəsi boyu, o cümlədən şəhərin müxtəlif yerlərində içməli su xətləri dəyişdirilib və ya təmir-bərpa işləri yerinə yetirilib. İçməli su şəbəkələri ilə yanaşı tullantı su xətlərinin də təmiri, bərpası, yenilənməsi həyata keçirilib. Tədbirlər Planına uyğun olaraq, Bakı buxtası, Su İdman Sarayı, Dünyagöz xəstəxanası, Bulvar İdarəsi, Yusif Məmmədəliyev küçəsi, "Mariot" otelinin ətrafında və şəhərin müxtəlif nöqtələrində yağış kollektorlarının dənizə çıxış hissələrinin uzadılması işləri görülüb. Nəcəfqulu Rəfiyev küçəsində mövcud yağış kanalizasiya xəttinin dənizə çıxış hissəsində neft tutucu qurğu yerləşdirilməsi üçün kamera yağış xəttinin tikintisinə start verilib. 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə, Binəqədi rayonu Cəfər Xəndan küçəsində, Azadlıq prospektinin kəsişməsində, Səbail rayonu Bibiheybət döngəsi və şəhərin müxtəlif yerlərində kanalizasiya xətlərinin dəyişdirilməsi və ya təmir-bərpa işləri həyata keçirilib. Səbail rayonu, Bibiheybət döngəsi, Şamaxı yolu Hökməli dairəsi yaxınlığında kanalizasiya kollektoru tikilib. Tədbirlər Planında işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır. Bu barədə xidmətin sosial şəbəkə hesablarında elanlar yayımlanır, media orqanlarında məlumatlar dərc olunur. Maksimum səviyyədə səy göstərilir ki, yenidənqurma zamanı suyun verilməsində, kanalizasiya sistemlərinin idarə olunmasında əhali çətinlik yaşamasın, fasilələrin müddəti qısa olsun və işlər daha tez yekunlaşsın.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42391/06/423910684_173:0:2902:2047_1920x0_80_0_0_fcf98bb639c53e0c2373292837734538.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kanalizasiya, su, ehtiyat, bakı, azərbaycan, küçə, prospekt
kanalizasiya, su, ehtiyat, bakı, azərbaycan, küçə, prospekt
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərində içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işlərini aparır. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, hazırda planla nəzərdə tutulmuş işlərin əksər hissəsi yekunlaşıb.
Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, 15 nöqtədə abonent xətləri çəkilib və birləşmələr verilib.
Corat küçəsində içməli su xəttinin inşası işləri yekunlaşmaq üzrədir. Həmin prospektin müxtəlif nöqtələrində mövcud içməli su xətlərinin dəyişdirilməsi işləri davam etdirilir.
Eyni zamanda Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində, Səbail rayonu Parlament prospekti, Teymur Elçin küçəsində, Nərimanov rayonu Əhməd Rəcəbli, Əhməd bəy Ağaoğlu küçələrində, Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində, Salyan şosesi boyu - Bibiheybət şosesindən Lökbatan dairəsinədək, Dilarə Əliyeva küçəsi boyu, o cümlədən şəhərin müxtəlif yerlərində içməli su xətləri dəyişdirilib və ya təmir-bərpa işləri yerinə yetirilib.
İçməli su şəbəkələri ilə yanaşı tullantı su xətlərinin də təmiri, bərpası, yenilənməsi həyata keçirilib. Tədbirlər Planına uyğun olaraq, Bakı buxtası, Su İdman Sarayı, Dünyagöz xəstəxanası, Bulvar İdarəsi, Yusif Məmmədəliyev küçəsi, "Mariot" otelinin ətrafında və şəhərin müxtəlif nöqtələrində yağış kollektorlarının dənizə çıxış hissələrinin uzadılması işləri görülüb.
Nəcəfqulu Rəfiyev küçəsində mövcud yağış kanalizasiya xəttinin dənizə çıxış hissəsində neft tutucu qurğu yerləşdirilməsi üçün kamera yağış xəttinin tikintisinə start verilib.
8 Noyabr prospekti boyu müxtəlif küçələrdə, Binəqədi rayonu Cəfər Xəndan küçəsində, Azadlıq prospektinin kəsişməsində, Səbail rayonu Bibiheybət döngəsi və şəhərin müxtəlif yerlərində kanalizasiya xətlərinin dəyişdirilməsi və ya təmir-bərpa işləri həyata keçirilib.
Səbail rayonu, Bibiheybət döngəsi, Şamaxı yolu Hökməli dairəsi yaxınlığında kanalizasiya kollektoru tikilib.
Tədbirlər Planında işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır. Bu barədə xidmətin sosial şəbəkə hesablarında elanlar yayımlanır, media orqanlarında məlumatlar dərc olunur. Maksimum səviyyədə səy göstərilir ki, yenidənqurma zamanı suyun verilməsində, kanalizasiya sistemlərinin idarə olunmasında əhali çətinlik yaşamasın, fasilələrin müddəti qısa olsun və işlər daha tez yekunlaşsın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.