https://sputnik.az/20240910/wsj-ukrayna-vetendaslarinin-coxu-moskva-ile-danisiqlarin-terefdaridir-467292903.html
WSJ: Ukrayna vətəndaşlarının çoxu Moskva ilə danışıqların tərəfdarıdır
WSJ: Ukrayna vətəndaşlarının çoxu Moskva ilə danışıqların tərəfdarıdır
Sputnik Azərbaycan
Çoxları anlayır ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək. 10.09.2024, Sputnik Azərbaycan
2024-09-10T22:36+0400
2024-09-10T22:36+0400
2024-09-10T22:36+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
müstəqil dövlətlər birliyi
sergey lebedev
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459019934_0:0:3072:1728_1920x0_80_0_0_36b24e0ec532fe4fbd76caaf41daafa5.jpg
BAKI, 10 sentyabr - Sputnik. Münaqişənin tezliklə başa çatması üçün Rusiya ilə sülh danışıqlarının aparılmasının tərəfdarı olan Ukrayna sakinlərinin sayı getdikcə artır. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb. Jurnalistlərlə söhbət etməyə razılıq verən ukraynalı komandirlərdən birinin sözlərinə görə, həm Qərbdə, həm də Ukrayna daxilində münaqişədən yorğunluq getdikcə artır. Bunu sosial sorğular da deyir - sülh danışıqlarına dəstək yavaş-yavaş artır. Ukrayna gəncləri hətta ölkə üçün əlverişsiz şərtləri də qəbul etməyə hazırdırlar. Lakin Ukrayna hərbçiləri Rusiya ilə istənilən sülh əlaqələrinə şübhə ilə yanaşırlar. Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçülərinin və veteranlarının təxminən 15 faizi Zelenski rejiminin onların razılaşmadıqları müqaviləyə imzalayacağı təqdirdə, hətta əllərində silahla etiraz etməyə belə hazırdırlar. Bu yaxınlarda ukraynalı sosioloq Vladimir İşçenko bildirib ki, Ukrayna əhalisi getdikcə daha çox Rusiya ilə sülh danışıqlarının tərəfdarıdır. Çoxları anlayır ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək. Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev isə qeyd edib ki, sadə ukraynalılar bundan sonra da daha pis günlərinin olacağını bilirlər. Buna görə də övladlarını ölkədən uzaqlaşdırmağa çalışırlar. Onlar bunu səfərbərlik yaşının aşağı salınacağından və 18 yaşına çatanlara təsir edəcəyindən qorxduqıarə üçün edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459019934_274:0:3003:2047_1920x0_80_0_0_f0be31b61d6ca694af186c572773b59b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat, müstəqil dövlətlər birliyi, sergey lebedev, rusiya
ukrayna, xüsusi hərbi əməliyyat, müstəqil dövlətlər birliyi, sergey lebedev, rusiya
WSJ: Ukrayna vətəndaşlarının çoxu Moskva ilə danışıqların tərəfdarıdır
Çoxları anlayır ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək.
BAKI, 10 sentyabr - Sputnik. Münaqişənin tezliklə başa çatması üçün Rusiya ilə sülh danışıqlarının aparılmasının tərəfdarı olan Ukrayna sakinlərinin sayı getdikcə artır.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Jurnalistlərlə söhbət etməyə razılıq verən ukraynalı komandirlərdən birinin sözlərinə görə, həm Qərbdə, həm də Ukrayna daxilində münaqişədən yorğunluq getdikcə artır. Bunu sosial sorğular da deyir - sülh danışıqlarına dəstək yavaş-yavaş artır. Ukrayna gəncləri hətta ölkə üçün əlverişsiz şərtləri də qəbul etməyə hazırdırlar.
Lakin Ukrayna hərbçiləri Rusiya ilə istənilən sülh əlaqələrinə şübhə ilə yanaşırlar. Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçülərinin və veteranlarının təxminən 15 faizi Zelenski rejiminin onların razılaşmadıqları müqaviləyə imzalayacağı təqdirdə, hətta əllərində silahla etiraz etməyə belə hazırdırlar.
Bu yaxınlarda ukraynalı sosioloq Vladimir İşçenko bildirib ki, Ukrayna əhalisi getdikcə daha çox Rusiya ilə sülh danışıqlarının tərəfdarıdır. Çoxları anlayır ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək.
Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev isə qeyd edib ki, sadə ukraynalılar bundan sonra da daha pis günlərinin olacağını bilirlər. Buna görə də övladlarını ölkədən uzaqlaşdırmağa çalışırlar. Onlar bunu səfərbərlik yaşının aşağı salınacağından və 18 yaşına çatanlara təsir edəcəyindən qorxduqıarə üçün edirlər.