Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin BMT Baş Assambleyasının iclasına niyə getməyəcəyini açıqlayıb

© Sputnik / Сергей Бобылев / Mediabanka keçid Dmitri Peskov, arxiv
 Dmitri Peskov, arxiv - Sputnik Azərbaycan, 1920, 10.09.2024
Abunə olmaq
Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Putin BMT Baş Assambleyasında olmayacaq, çünki ABŞ səyahət üçün yaxşı bir istiqamət deyil.
BAKI, 10 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak etməyəcək, çünki ABŞ hazırda Rusiya liderinin səfərləri üçün ən yaxşı istiqamət deyil.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə deyib.
Kremlin rəsmi nümayəndəsi xatırladıb ki, son illər Vladimir Putin BMT-yə getmir. Üstəlik, Birləşmiş Millətlər Təşkilatının qərargah ölkəsi olan ABŞ öz öhdəliklərini ən yaxşı şəkildə yerinə yetirmir.
“Buna görə də, yəqin ki, bu səfərlər üçün yaxşı bir istiqamət deyil”, - Dmitri Peskov qeyd edib.
Bu yaxınlarda diplomat Rusiyada keçirilən vahid səsvermə gününün nəticələrini şərh edərkən qeyd edib ki, xaricdən bütövlükdə daxili siyasi landşaftımıza təsir göstərmək cəhdləri elektron və digər şəkildə davam edir.
Rusiya prezidentin mətbuat katibi onu da qeyd edib ki, Kreml Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişənin həlli ilə bağlı “sülh planı” haqda yalnız kütləvi informasiya vasitələrindən xəbər tutub.
Xəbər lenti
0