https://sputnik.az/20240909/bakida-xaricde-yasayan-azerbaycanli-alimlerin-forumu-kecirilir-467258550.html
Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir
Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir
Sputnik Azərbaycan
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaqdır. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T13:05+0400
2024-09-09T13:05+0400
2024-09-09T13:05+0400
forum
paytaxt xəbərləri
alim
şuşa
xankəndi
qarabağ
diasporla iş üzrə dövlət komitəsi
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/09/09/467258383_0:49:944:580_1920x0_80_0_0_9e3325f484758ef9edce76f320ded790.jpg
BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 9-da Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək. Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir. Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar. "Mən 33 ildir ki, Almaniyada yaşayıram, fəaliyyət göstərirəm. Belə forumlarda bir neçə dəfə iştirak etmişəm. Məhz bu forumların sayəsində biz azərbaycanlı alimlər bir-birimizi tanımışıq. Bu, böyük üstünlük və əvəzolunmaz xoşbəxtlikdir". Bu fikirləri forumda iştirak edən Bilkent Universitetinin professoru Məsud Əfəndiyev bildirib. Hazırda Almaniyada yaşadığını diqqətə çatdıran professor tədbirdə səslənəcək fikirlərin Azərbaycan elminin inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib: "Əminəm ki, mənim və digər alim yoldaşlarımın forumda səsləndirəcəyi fikirlər Vətənimiz üçün xeyirli olacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/09/467258383_52:0:892:630_1920x0_80_0_0_067cb6a2c27740ab436dce25f590340e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
forum, alim, şuşa, xankəndi, qarabağ, diasporla iş üzrə dövlət komitəsi, elm və təhsil nazirliyi
forum, alim, şuşa, xankəndi, qarabağ, diasporla iş üzrə dövlət komitəsi, elm və təhsil nazirliyi
Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaqdır.
BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 9-da Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir.
Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.
Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
"Mən 33 ildir ki, Almaniyada yaşayıram, fəaliyyət göstərirəm. Belə forumlarda bir neçə dəfə iştirak etmişəm. Məhz bu forumların sayəsində biz azərbaycanlı alimlər bir-birimizi tanımışıq. Bu, böyük üstünlük və əvəzolunmaz xoşbəxtlikdir". Bu fikirləri forumda iştirak edən Bilkent Universitetinin professoru Məsud Əfəndiyev bildirib.
Hazırda Almaniyada yaşadığını diqqətə çatdıran professor tədbirdə səslənəcək fikirlərin Azərbaycan elminin inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib: "Əminəm ki, mənim və digər alim yoldaşlarımın forumda səsləndirəcəyi fikirlər Vətənimiz üçün xeyirli olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.