Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əfsanəvi KVN teleaparıcısı Aleksandr Maslyakov vəfat edib

© Sputnik / Mihail Mokrushin / Mediabanka keçidAleksandr Maslyakov
Aleksandr Maslyakov - Sputnik Azərbaycan, 1920, 08.09.2024
Abunə olmaq
Maslyakov bir çox mükafatlara layiq görülüb, “Vətən qarşısında xidmətlərinə görə” ordeninin tam sahibi olub.
BAKI, 8 sentyabr - Sputnik. Əfsanəvi KVN teleaparıcısı Aleksandr Maslyakov 83 yaşında vəfat edib. Bu barədə bazar günü RİA Novosti məlumat yayıb.

“Çox təəssüf hissi ilə bildiririk ki, Aleksandr Vasilyeviç Maslyakov 2024-cü il sentyabrın 8-də vəfat edib", - KVN Telegram kanalınn məlumatında deyilir.

Bildirilir ki, görkəmli aparıcı KVN hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə olub və əbədi olaraq qalacaq.

"1964-cü ildən o, Rusiyada və xaricdə yumor və satira simvoluna çevrilərək KVN proqramının aparıcısı olub”, - məlumatda deyilir.

Qeyd edilir ki, Maslyakov bir çox mükafatlara layiq görülüb, “Vətən qarşısında xidmətlərinə görə” ordeninin tam sahibi olub, “AMiK” yaradıcılıq birliyinin təsisçisi olub, “yerli əyləncə televiziyasının inkişafındakı xidmətlərini qiymətləndirmək olmaz”.
"Aleksandr Vasilyeviç Maslyakovun ruhu şad olsun", - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0