Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dronların döyüş tətbiqinə görə dünyanın ən yaxşısıdır - Medvedev

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 07.09.2024
Abunə olmaq
XHƏ zonasında Rusiya ordusu dronların döyüş istifadəsi qabiliyyətlərini inkişaf etdirib.
BAKI, 7 sentyabr — Sputnik. Rusiya Silahlı Qüvvələri hərbi pilotsuz uçuş aparatlarından (PUA, dron) istifadə üzrə dünyada ən yaxşısıdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev "TASS" agentliyinə müsahibəsində deyib.
"Aydındır ki, biz böyük təkan əldə etmişik. Dronlarla bağlı Rusiyadan yaxşı heç bir ölkə yoxdur. Bu, tamamilə aydındır", Medvedev bildirib.
Xüsusi hərbi əməliyyat (XHƏ) başlamazdan əvvəl dünyada heç kim dronlardan bu qədər geniş istifadə etməyib. Medvedev əminliklə bildirir ki, texnoloji tərəqqi hərbi əməliyyatlar strategiyanın dəyişilməsinə töhfə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0