SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin İran prezidenti Pezeşkianın yolunu gözlədiyini açıqlayıb

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 12.09.2024
Abunə olmaq
Rusiya lideri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla görüşündə deyib ki, Moskva Tehranla iki ölkə arasında yeni saziş imzalayacaq.
BAKI, 12 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianın tezliklə Rusiya Federasiyasına rəsmi səfərini gözlədiyini bildirib.
Rusiya lideri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla görüşündə deyib ki, Moskva Tehranla iki ölkə arasında yeni saziş imzalayacaq. Bu barədə Rusiya mediası xəbər verib.
"Biz Rusiya ilə əməkdaşlığın yeni prezident cənab Məsud Pezeşkianın komandası üçün də prioritet olaraq qaldığını yüksək qiymətləndiririk. Düşünürəm ki, biz ayrıca ikitərəfli söhbət üçün də vaxt tapacağıq", Rusiya prezidenti əlavə edib.
Bu yaxınlarda ABŞ-ın bir neçə nəşri İranın Rusiyaya bir sıra ballistik raketlər verdiyini qeyd edib. İddia olunub ki, bu hərbi texnika Ukraynada xüsusi hərbi əməliyyatlar (XHƏ) çərçivəsində istifadə olunmalı idi. Bu açıqlamanı Rusiyanın mətbuat katibi Dmitri Peskov təkzib edib. Lakin ABŞ və Avropa İttifaqı (Aİ) bu yalan məlumata əsaslanaraq yenə də İrana qarşı sanksiyaları tətbiq edib. Sentyabrın 12-də Vladimir Putin BRİKS ölkələrinin təhlükəsizlik məsələləri ilə məşğul olan nümayəndələrinin görüşündə iştirak edib. BRİKS-in təkibinə İran da daxildir.
07.09.24, 12:18
İran prezidenti Vladimir Putinlə görüşəcək
Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, iki prezidentin görüşü zamanı Rusiya ilə müqavilənin imzalanması da baş verə bilər.
"Hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Kazanda keçiriləcək BRİKS sammitində və ya daha sonra prezidentlərin ayrıca görüşündə imzalana bilər", - diplomat, TASS-a müsahibəsində deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0