Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İki ay müddətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Abunə olmaq
Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edilib.
BAKI, 6 sentyabr — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib.
BDYPİ-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
28.08.24, 14:41
Bakıya girişlərdən biri tam bağlanır
Sabah səhər saat 06:00-dan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı ŞBPİ-nin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Qeyd edilib ki, Badamdar qəsəbəsinin daxilindən mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.
AAYDA-dan da bildirilib ki, 29 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0