Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Uşağı məktəbə hazırlamaq neçəyə başa gəlir?

© Sputnik / Nigar IskanderovaBirinci sinif şagirdi Cahid İsgəndərzadə
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin qonağı Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov olacaq.
BAKI, 5 sentyabr — Sputnik. Hər il avqustun sonu və sentyabrın əvvəlində Azərbaycanda sentyabrın 15-də başlayacaq yeni tədris ilinə şagirdlərin hazırlığı mövzusu aktuallaşır. Həmişə olduğu kimi, bu vaxtlarda da alıcılara müxtəlif məhsullar təklif olunan məktəb yarmarkaları açılır.
Müsbət rəylərlə yanaşı, təəssüf ki, məktəbli formalarının keyfiyyəti, bəzi malların qiymətləri və s. ilə bağlı şikayətlər də olur.
Yeni tədris ilində uşağın məktəbə göndərilməsinin neçəyə başa gələcəyi və hansı məhsulların keyfiyyətinin valideynlər tərəfindən daha çox narazılığa səbəb olacağı barədə sentyabrın 6-da, saat 12:00-da Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0